Yuxarı

Moldova da ayağa qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada ölkənin müxtəlif bölgələrindən olan on minlərlə insan, paytaxt Kişinyovda hökümətin Avropa Bİrliyi ilə assosasiya üçün hazırlıq işləri görməsinə qarşı etiraz aksiyası keçirib.

Kütləvi yürüşdə kommunistlər üstünlük təşkil edib. Etirazçılar rəsmi Vilnüsün hazırladığı inteqrasiya sənədlərinin cinayət tərkibli və xalqın maraqlarına zidd olduğunu bildirib, Assosasiya müqaviləsi ilə xalqın Avropa Birliyinin quluna çevrilmək istəmədiyi mesajını ifadə edib. Aksiya iştirakçıları əllərində kommunist partiyasının və Sovet İttifaqının bayraqlarını daşıyıb.

Bəzi qadınlar öz mübarizələrinə dəstəyi artırmaq üçün küçəyə dini ikonalarla çıxıb. Kommunist partiyasının lideri Vladimi Voronin, Qərbin diktə etdiyi Avropa standlarlarına ehtiyac olmadığını və Moldovanların təkbaşına demokratik dövlət qurmağa qadir olduğunu bildirib. Partiya lideri gizli danışıqlara girməklə hökuməti dövlətə qarşı xəyanətdə ittiham edib:

"İqtidar bizi, bu ölkənin xalqını açıq-aşkar aldadır. Onlar heç nə soruşmurlar, parlamenti, ictimai rəyi ümumiyyətlə saymırlar və beləcə, Vilnüsdə, Avropa Birliyinin Sammitində gizli sənəd imzalmaq niyyətindədirlər. Onlar bunu etməklə ölkənin Konstitusiyasını və qanunlarını pozurlar", - deyə Moldova Kommunist Partiyasının lideri Vladimir Voronin bildirib.

Voronin əlavə edib ki, Rusiya, Belarus və Qazaxıstan Moldovaya daha ucuz yanacaq təklif edə bilər.

Qeyd edək ki, Moldova hökuməti gələn həftə Litva paytaxtında Avropa Birliyi ilə əməkdaşlıq sazişi bağlamağı planlaşdırır. Rusiya bunun baş verəcəyi təqdirdə qaz təchizatını dayandıra biləcəyini bildirib. Artıq keyfiyyətin standardlara cavab verməməsi adıyla Rusiyada Moldova şərablarının satışına qadağa qoyulduğu bildirilir.

Tarix
2013.11.23 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla