Yuxarı

YAP-dan referendum açıqlaması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP-dan referendum açıqlaması : "Gündəmdə belə bir məsələ yoxdur" Azərbaycanın Avrasiya İttifaqı ilə Avropaya inteqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması haqda deyilənlər əsassızdır.

"Axar.az" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət mətbuatında Azərbaycan hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin layihəsi olan Avrasiya Ittifaqı ilə Avropaya inteqrasiya arasında seçim etmək üçün referendum keçirmək barədə düşünməsi və bu prosesə hazırlaşması yönündə yer alan məlumatlara, səslənən iddialara münasibətini bildirərkən dilə gətirib.

Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, gündəmdə belə bir məsələ yoxdur. "Bildiyiniz kimi, referendum keçirmək üçün ilk öncə cəmiyyətdə, o cümlədən, Milli Məclisdə müzakirələr açılmalı, həmçinin, ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı sərəncam olmalıdır və sair. Ancaq gündəmdə və ortalıqda isə belə bir məsələ yoxdur. Bu baxımdan, bu yöndə deyilənlər tam əsassızdır"- deyə, o, bildirib.

Bununla yanaşı, YAP rəsmisi Azərbaycanın Avropaya, Avroatlantik məkana inteqrasiyasında da heç bir problem olmağını vurğulayıb. "Azərbaycan Avroatlantik məkana inteqrasiya edir və bu yöndə də heç bir problem yoxdur. Azərbaycan həm Avropa İttifaqı, həm NATO, həm ATƏT, həm Avropa Şurası ilə yaxından əməkdaşlıq edir və bundan sonra da bu əməkdaşlıq davam etdiriləcək"- deyə, S.Novruzov sonda sözlərinə əlavə edib.

Tarix
2013.11.25 / 15:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla