Yuxarı

Rusiya qoşunlarını Dağlıq Qarabağda yerləşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılar adı altında öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək istəyir.

"Axar.az"ın "1in.am" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "Konkord" araşdırmalar mərkəzinin rəhbəri David Şahnazaryan çıxış edib.

O, Ermənistanda narazılığın artdığını, qısa müddətdən sonra isə bunun idarə olunmayacaq səviyyəyə gəlib çatacağını bildirib. Ekspertin sözlərinə görə, hazırda yalnız Rusiyanın sayəsində ölkədəki kütləvi narazılığın üzünü maskalamaq mümkün olub.

D. Şahnazaryan həmçinin Rusiyanın Ermənistanda hərbi bazalarının genişləndirməkdə əsas məqsədinin Dağlıq Qarabağ konfliktini həll etməmək olduğunu da bildirib: "Hazırda Rusiyanın qarşısında iki məqsəd var. Birinci Dağlıq Qarabağ konfliktini həll etməmək, ikincisi isə öz qoşunlarını sülhməramlılıq adı altında Qarabağda yerləşdirmək".

Ekspert həmçinin Vladimir Putinin İrəvana səfəri məsələsinə də toxunub. "Əgər bu işgüzar səfərdirsə, qoy heç olmasa onu Azərbaycandakı kimi baş nazirin müavini qarşılasın. Qoy heç olmasa burada dövlətin şərəfi qorunsun".

D.Şahnazaryan tezliklə ölkəni kütləvi iğtişaşların alacağı ilə də bağlı proqnoz verib. Ekspert bunun hökumətin Gömrük İttifaqına getməsiylə əlaqədar olacağını söyləyib.

Tarix
2013.11.27 / 09:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla