Yuxarı

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii ki, Kimya Xatunun ölümündən sonra, həm alacağı cəzadan, həm də bu hadisədən sonra ona düşmən kəsilmiş Mövlanənın oğlu Əla-əd-Din Çələbinin təqiblərindən gizlənmək üçün Şəms Təbrizi Konyadan qaçmalı olur.

Şəms Təbrizi qaçdıqdan bir müddət sonra Mövlanə öyrənir ki, o, Şama gedib. Bu xəbəri eşidən kimi, Şəmsi geri gətirməsi üçün Mövlanə oğlu Sultan Vələdi Dəməşqə göndərir.

Sultan Vələd təxminən bir ay sürən Şama səfərini, Şəmsi necə axtarıb tapmasını və onunla geri dönüşünü özünün "İbtidanamə" əsərində maraqlı bir hekayə şəklində rəvayət edir. Şəmsin ikinci dəfə Konyaya gəlişi təxminən 1245-ci ilə təsadüf edir. Şəmsin yenidən Konyaya gəlişində Konya əxiləri, başda əxi Xoca Nəsirəddin Mahmud (Türkiyədə bu şəxs bizim Molla Nəsrəddin adlandırıdığımız qəhrəmanla eyniləşdirilir. Bu şəxs həm də Əxi Əvrən adı ilə məşhurdur), ədliyyə naziri Nusrətu-d-Din Əhməd və daha beş nəfər olmaqla, Kimya Xatunu öldürməsi, monqolların Qeysəridə törətdikləri qırğınlarda iştitak etməsi və söhbətləri zamanı məcusiliyi müdafiə edən bəzi ifadələr söyləməsi səbəbilə Şəms Təbrizinin qətlinə qərar verirlər.

Şəmsin qətlə yetirilməsi ilə bağlı mövləvi qaynaqlarında, o cümlədən Sultan Vələdin "İbtidanamə" və "İnthanamə" əsərlərində məlumatlar mövcuddur. Bu qaynaqlarda deyildiyinə görə, Şəms Təbrizi bir qrupa qoşularaq onların söhbətlərində iştirak edibmiş. Bu söhbətlər zamanı orada olanlar öz müridlərinə başqa alimlərin dediklərinə istinadən dərs verirmişlər. Onların söhbətlərinə bir müddət qulaq asandan sonra, Şəms Təbrizi bu elm adamlarına qəzəblənərək demiş ki, siz nə qədər onun-bunun sözünə istinadən danışacaqsınız? Aranızda Allah, ya da "peyğəmbər mənə bunu dedi, onu dedi" deyə biləcək bir igid yoxdurmu? Şəms Təbrizinin bu söylədiklərini eşidən qrup üzvləri onun dediklərini bəyənməmiş və onun sözlərinin islama zidd olduğunu iddia edərək Şəmsə etiraz ediblər. Şəms Təbrizinin həmin elm adamlarına söylədiyi iradlara diqqətlə baxsaq, görərik ki, bu iradlarında da o, yenə hülul inancını təbliğ etməyə çalışıb. Qeyd etdiyimiz bu hadisə Konya üləmasında Şəms Təbriziyə qarşı qəzəb və nifrət oyatmışdı.

Başqa bir rəvayətə görə, Səlcuqlu sultanının ədliyyə naziri olan Nüsrətu-d-Din Əhmədin evində qurulmuş bir məclisdə səma ayini icra edilən zaman Nüsrətu-d-Din Şəms Təbriziyə söz atır və bunu eşidən Cəlaləddin Rumi Şəmsi də özü ilə apararaq məclisi tərk etməli olur. Əflakinin yazdığına görə, ədliyyə naziri Nüsrətu-d-Din Əhməd və sulatının vəziri Xoca Nəsirəddin Mahmud öz adamları ilə elə həmin gecə Mövlanənın mədrəsəsinə gəlir və Şəmsi evdən çağırmaq üçün dəstədən birisini içəri göndərirlər (içəri göndərilən şəxs böyük ehtimalla Mövlanənın oğlu Əlaə-d-Din Çələbi olub). Həmin şəxs içəri girəndə, Mövlanə ilə Şəmsin söhbət etdiyini görür və Şəmsə deyir ki, səni bayırda gözləyənlər var. Şəms qapıya çıxandan sonra qışqırıq səsi eşidən Mövlanə cəld yerindən qalxıb Şəmsin arxasınca evdən çıxır, amma qaranlıqda heç nə görə bilmir.

Mövlanə gecəni yatmayaraq Şəmsi gözləyir, amma Şəms bir də geri dönmür. Mövlanə səhər qapıya çıxanda, orada qan izləri görür və dərhal oğlu Sultan Vələdlə gəlini Fatma Xatunu yanına çağıraraq onlara Şəmsi axtarmağı əmr edir. Təbii ki, Sultan Vələd ilə Fatma Xatun Şəmsin başına gələnləri öyrənə biliblər, çünki Şəmsi öldürən şəxslərin kimiliyi bəllidir. Onlardan bəziləri bu şəxslərdir: Əxi Bədrəddin Gövhərtaş, Nəcibu-d-Din Müstəvhi, ədliyyə naziri Nüsrətu-d-Din Əhməd, vəzir Əxi Əvrən Xoca Nəsirəddin Mahmud, Seyyid Şərəfu-d-Din (Mövlanənın oğlu Əlaə-d-Din Çələbinin bu qətldə iştirak edib-etməsməsi haqqında əlimdə dəqiqi məlumat yoxdur, yalnız ehtimal).

Adlarını sadaladığım şəxslərin hamısı dövlət məmurları olduğundan, belə düşünmək olar ki, bu qətl Kimya Xatunu öldürdüyünə görə, ədliyyə tərəfindən Şəms Təbriziyə çıxarılmış ölüm hökmünün icrası idi. Əgər bu, məhkəmənin hökümü idisə, onda bu hökmün yanlış bir formada icra olunduğunu da qeyd etmək lazımdır. Bəlkə də, Şəmsin qatilləri istintaq və məhkəmənin uzun sürəcəyini düşünərək bu üsla əl atmalı olmuşdular. Bu söylədiklərim subyektiv mülahizələrdən başqa bir şey deyil. Bir sözlə, Şəmsi bu yolla qətlə yetirərək onun cəsədini Əxi Bədrəddin Gövhərtaşın bağçasındakı quyuya atırlar. Bəzi iddialara görə, Şəmsin sümükləri hələ də həmin quyudadır.

Tarix
2013.11.27 / 12:30
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla