Yuxarı

“Zuğulba görüşü”ndən sonra Şahbaz Xuduoğlu da nikbinləşib

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnanırıq ki, yaxın günlərdə metrolarda kitabların satışı bərpa ediləcək".

Bu sözləri "Axar.az"a açıqlamasında "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu metrostansiyalarda kitab satışının qadağan edilməsindən sonra nəşriyyatda yaranmış problemlərdən danışarkən dedi. Naşir bildirdi ki, yaranmış vəziyyət onların işlərinə daha canla-başla yanaşmasına kömək edir:

"Metrolarda kitab satışının əngəllənməsi nəşriyyatın işinə təsir etməyəcək. Ekstremal şəraitlərdə biz daha sürətli və çevik işləməyə alışmışıq. O mənada heç nə bizim işimizi əngəlləmir. İşimizin dayanması ilə bağlı rəsmi qərar və rəsmi sənəd də yoxdur. Bu baxımdan, bundan sonrakı fəaliyyətimizdə hər hansı bir problem və əngəldən söz gedə bilməz. İşimizi necə lazımdırsa, davam etdiririk. Prezidentlə media rəhbərlərinin görüşündən və dövlət başçısının mediaya olan münasibətindən sonra inanmıram ki, bu problem uzun çəksin. Ona görə düşünürəm, yaranmış vəziyyət yaxın günlərdə öz həllini tapacaq".

"Məsələnin yaxın günlərdə həll olmayacağı halda Prezidentə müraciət ediləcəkmi" sualına isə naşir belə cavab verdi:

"İstənilən məsələnin hüquqi yol ilə həll edilməsinin tərəfindəyəm. Əgər hardasa iş məhdudlaşırsa, onun hüquqi həllinə çalışmaq lazımdır. Siz dediyiniz formada müraciətlər o qədər də effektli deyil. Prezidentin bu məsələ ilə bağlı münasibəti aydındır. Medianı qəbul etdi və onlara bəyan etdi ki, media azad olmalıdır və onların fəaliyyətinə heç bir halda qadağa qoyula bilməz. Müəyyən mənada mən kitabı da medianın içində görürəm və hesab edirəm ki, bu deyilənlər nəşriyyatların da fəaliyyətinə aid edilir. Əslində bu elə o deməkdir ki, kitabların yayımına da əngəl yaratmaq olmaz".

Kitabların yayımı ilə bağlı yaranmış problemdən danışan Şahbaz Xuduoğlu çıxış yolu kimi heç bir yardım aksiyası və bu cür marafonlar təşkil etməyəcəyini bildirdi:

"Bununla bağlı heç bir marafon və yardım aksiyası təşkil etməyi düşünmürük. Məsələni siyasiləşdirmək və ictimai rezonansı daha da artırmağı düşünmürəm. Kitab bu xalqın mədəni və mənəvi sərvətidir. Bunun ətrafında yaranmış problemi hay-küylə həll etmək düzgün deyil. Biz kitabımızı nəşr etməyə çalışacağıq. Əgər əngəllərlə qarşılaşsaq, problemin həllini məhkəmədə axtaracağıq. Bizim üsulumuz budur".

Tarix
2013.11.28 / 14:07
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla