Yuxarı

Şad xəbər: Şengen vizası ucuzlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Azərbaycan vətəndaşları üçün Şengen vizası üzrə rüsumlarının məbləğini 60 avrodan 35 avroyadək azaldacaq.

Bu, cümə günü Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycanla Aİ arasında imzalanmış viza rejiminin sadələşdirilməsi barədə sazişdə nəzərdə tutulur. Bu barədə cümə günü Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

M.Məmmədquliyev deyib ki, bundan başqa, Azərbaycan vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün rüsum tələb olunmayacaq: "Bu, Aİ ölkələrinə təhsil, müalicə xətti ilə, yaxud öz qohumlarının yanına gedənlərə şamil ediləcək. Saziş, həmçinin diplomatik pasport sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur".

Onun sözlərinə görə, müqavilə sayəsində viza alınması üçün təqdim edilməsi tələb olunan sənədlərin sayı azalacaq, vizaların verilməsi üçün konkret zaman çərçivəsi müəyyən ediləcək.

Nazir müavini bildirib ki, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. Lakin bu dəyişikliklər çox güman ki, 2014-cü ilin yayında və ya payızın əvvəllərində qüvvəyə minəcək: "Müqavilənin qüvvəyə minməsi üçün readmissiyalar haqqında sazişin imzalanması vacibdir ki, bu da gələn ilin ilk aylarında, yəni fevralda, ən uzağı martda planlaşdırılır. Bundan sonra Milli Məclisdə və Avropa Parlamentində paraflanma proseduru başlayacaq. Daha sonra hər iki sənəd eyni vaxtda qüvvəyə minəcək".

Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.

Tarix
2013.11.29 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla