Yuxarı

Bakıda saxlanılan iranlı azadlığa buraxılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbsdə olan İran vətəndaşı Həsən Fərəci bu gün səhər azadlığa buraxılıb və İrana göndərilib, lakin İrana keçmək istəyərkən Biləsuvar və Astara sərhədlərində problemlə üzləşib. Bu barədə İran səfirliyinin Bakıdakı baş konsulu Möhsin Molayi bildirib.

M.Molayi bildirib ki, Biləsuvar sərhəd gömrük idarəsindən ona ölkədən çıxmaq üçün Dövlət Miqrasiya Xidmətindən sənədin olmamasını səbəb gətirib, sənədi almaq üçün Lənkəran şəhərinə göndəriblər. Dövlət Miqrasiya Xidmətindən sənədi aldıqdan sonra İrana keçmək istəyərkən Astara sərhədindən ona bildiriblər ki, Bakıya qayıtmalı və özünü polis idarəsinə təqdim etməlidir. Hazırda Fərəci Bakıya qayıdır.

M.Molayi bildirib ki, şənbə günü Fərəcinin probleminin həlli istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparacaq və tez bir zamanda məsələnin həllinə çalışacaq. Baş konsulun sözlərinə görə, Həsən Fərəcinin günahsızlığı sübut edildiyindən, azadlığa buraxılıb.

Qeyd edək ki, Həsən Fərəci oktyabrın 31-də İsrailin Azərbaycandakı Səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılıb. (Trend)

Tarix
2013.11.29 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla