Yuxarı

Sәadәt Cahangirin "Qırov"u Bakıda

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazar Səadət Cahangirin ikinci şeirlər kitabının təqdimatı keçirildi

Ötən gün AXCP-nin qərargahında "Azad Debatlar Mərkəzi"nin (ADM) təşkilatçılığı ilə AXCP Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin yazarı Səadət Cahangirin "Qırov" şeirlər kitabının təqdimatı keçirilib. Tədbirdə tanınmış siyasi xadimlər, hüquq müdafiəçiləri, yazıçılar, fəal gənclər iştirak edib. AXCP Gənclər Komitəsinin sədr müavini Ilham Hüseyn tədbiri giriş sözü ilə açaraq, kitabdakı şeirlərin məzmunu, ədəbiyyatın insan həyatındakı rolu və şeirin dəyərindən danışıb.

Tədbirdə ilk çıxışçı "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli olub. Rövşən Hacıbəyli çıxışında Səadət Cahangirin hələ tələbəlik illərindən demokratiya uğrunda mübarizəyə qoşulduğunu, bu yolda ardıcıl olduğunu deyib: "Səadət xanımla tanışlığımız ötən əsrin sonlarına, Azərbaycanda müstəqillik uğrunda mübarizə illərinə təsadüf edir. Mübarizə meydanı dolub-boşalıb, burdan çoxları keçib. Ancaq Səadət yenə də gənclik əzmiylə bu yoldadır. Mübarizə meydanındadır. Onun bu gün təqdim olunan şeirlər kitabı da bir mübarizə manifestidir. Əməlləri və yazdıqları arasında fərq olmayan tək-tək şairlərdən saymaq olar Səadət xanımı". Sonra R.Hacıbəyli S.Cahangirin "Savaş adamları" şeirini oxuyub.

Daha sonra tәdbirin qonaqları Eldar Hüseynov, professor Cəmil Həsənli, publisist Mehriban Vəzir, AXCP sədri Əli Kərimli, Nurəddin Məmmədli, Fuad Qəhərmanlı, yazıçı Zümrüd Yağmur kitab haqqında fikrilərini bölüşüblәr.

Sonda Səadət Cahangir çıxış edərək hər kəsə təşəkkür edib və kitabın təqdimatından məmnun olduğunu bildirib: "Mən bu kitabı çap etdirəndə düşünürdüm ki, kitab azadlıqsevər insanların kitabı olacaq. Arzu edirəm ki, Azərbaycan həbsxana şeirlərinin deyil, sevgi şeirlərinin yazıldığı bir ölkəyə çevrilsin. Hər birinizə təşəkkür edirəm və sizinlə qürur duyuram".

Tədbirin sonunda kitab satışa çıxarılıb və müəllif alınan kitablara ürək sözlərini yazıb.

Tarix
2013.12.01 / 12:47
Müəllif
Alpər Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla