Yuxarı

Binəqədinin icra başçısı öz müavinini işdən çıxarıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.

Modern.az saytınınxəbərinə görə, bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki "Xeyir-şər evi"ndə sakinlərlə keçirdiyi səyyar görüşdə məlumat verib.

Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən Xaləddin İsgəndərov birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.

Görüşdə sakinlər 7-ci mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da xahiş ediblər.

Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Eks-birinci müavin Qəzənfər Novruzovun adı müxtəlif qalmaqallarda hallandırılırdı. Eyni zamanda, Binəqədi sakinləri arasında da ondan narazılıq edənlərun çox olduğu bildirilir.

Tarix
2013.12.02 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla