Yuxarı

Zabitlər Kərəm Mustafayevə etiraz edir – ÖZƏL

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Naxçıvandakı hərbi birləşmədə gərginlik son həddə çatıb. Hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə qarşı Müdafiə naziri Zakir Həsənova müraciət imzalayacaqlar".

Bu haqda Naxçıvan hərbi birləşməsində xidmət çəkən zabitlərdən biri "Axar.az" a məlumat verib. Adının gizli saxlanılmasını istəyən mənbənin verdiyi məlumata görə, gərginliyin bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər məsələlərlə bağlı bölük, batalyon səviyyəsində olan zabitlərdən texnika ilə bağlı pullar tutulur.

Kərəm Mustafayevin məhv etdiyi zabitlər

Məlumatda bildirilir ki, Naxçıvandakı vəziyyətin bu qədər gərginləşməsinə səbəb Kərəm Mustafayevin uzun illər vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və tabeçiliyində olan zabit və əsgər heyətinə qarşı amansız rəftarı olub. Naxçıvanda xidmət çəkən zabit heyəti üzləşdikləri haqsızlığa baxmayaraq, keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə etiraz edə bilmirdilər. Çünki onlar Kərəm Mustafayevin faktiki olaraq müstəqil siyasət yürütdüyünü və Səfər Əbiyevə tabe olmadığını anlayırdılar. Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra isə vəziyyət dəyişib. Artıq zabitlər qanuni olaraq haqlarını tələb etməyə başlayıblar.

Özəl qaynağımız korpus komandirinin hədəfinə tuş gələn zabitlərin sonrakı aqibəti haqda saytımıza sensasiyalı məlumat verib. Kərəm Mustafayevin təzyiqləri nəticəsində 2009-cu ildə polkovnik Kamandar Covarov, 2010-cu ildə polkovnik Şəfayət Rəsulov, 2011-ci ildə Azər Əliyev və Əbdül Babayev (Əbdül Babayev sonradan Müdafiə Nazirliyində başqa bir vəzifəyə gətirildi – red.) müxtəlif psixoloji travmalar alıblar. 2009-cu ildə bir nəfər polkovnik-leytenant, 2010-cu ildə isə bir polkovnik psixoloji pozuntu diaqnozu ilə ordu sıralarından tərxis ediliblər. 2011-ci ildə isə iki nəfər polkovnik-leytenant Naxçıvandakı hərbi hospitalda və Bakıda yerləşən mərkəzi hərbi hospitalda bu diaqnoz üzrə müalicə alıblar.

Respublika Hərbi Prokurorluğu susur

Mənbə qeyd edir ki, Naxçıvan Hərbi Prokurorluğu Kərəm Mustafayevin qanunsuz əməlləri qarşısında gücsüzdür. Respublika Hərbi Prokurorluğu isə şikayət olmasa, Naxçıvandakı vəziyyətə müdaxilə edə bilməyəcəyini bildirir. İndiyə qədər zabitlərin Kərəm Mustafayevdən şikayət etməsi mümkünsüz olub. Hətta Naxçıvanda xidmət edən zabitlər üçün xüsusi olaraq viza rejimi də tətbiq olunub. Məlumatda o da bildirilir ki, Respublika Hərbi Prokurorluğunun Naxçıvandakı hərbi hissələrin məvacibinin ödənilməsi üzrə tabel cədvəlləri ilə tanış olması kifayət edir ki, Kərəm Mustafayevə qarşı cinayət işi qaldırılsın.

Mövzunu davam etdirəcəyik...

Tarix
2013.12.02 / 13:14
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla