Yuxarı

Həkimlər daha bir jurnalistə faciə yaşatdı: Həkim terroru - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın əməkdaşı, jurnalist Abbasova Səadət Cabbar qızının anası yıxılıb ayağı burxulduğu üçün müraciət etdiyi Biləcəri Dəmiryol xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişib.

"Aznews.az"a açıqlamasında anasının ölümündə xəstəxananın həkimlərini günahlandıran Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib.

Səadət xanım bu barədə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub şikayət etmək istəsə də, ona Biləcəri Dəmiryol Xəstəxanasının Səhiyyə Nazirliyinə aid olmadığını deyiblər: "Səhiyyə Nazirliyindən bildirdilər ki, bu xəstəxananın onlara aydiyyəti yoxdur, bunun üçün Baş İdarəylə əlaqə saxlamalıyam".

***

Səadət Abbasova ilə əlaqə saxlayıb, hansı addımlar atması ilə maraqlandıq. Üzüntü içində "Axar.az"a danışan xanım həmkarımız bildirdi ki, hazırda dəfn işləri ilə məşğuldur: "Ancaq anamın ölümü ilə bağlı ekspertiza rəyinin alınması üçün müraciətimə qohumlar mane oldu. Dini amilləri əsas gətirərək, meyitin ekskumasiyasına imkan vermədilər. Təəssüf ki, bizim dini inanclarımız ailələrimizi məhv edən həkimləri məsuliyyətdən qurtarır".

Buna baxmayaraq, S.Abbasova anasının ölümünə bais olmuş həkimlərin cəzalandırılması üçün mümkün olan bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirdi.

Mövzunu davam etdirəcəyik.

Tarix
2013.12.04 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla