Yuxarı

Dədə Mamedlə vida mərasiminə DİN generalları da gələcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Azərbaycanın görkəmli generallarından biri, DİN-in Kadrlar İdarəsinin uzun illər rəisi işləmiş "Dədə Mamed" kimi tanınan Məmməd Əsgərov dünyasını dəyişib.

"Azərpoçt" MMC-dən "Axar.az"a daxil olan məlumata görə, mərhumla vida mərasimi bu gün saat 14:00-da yaşadığı Vorovski qəsəbəsində, Daxili Qoşunların binası ilə üzbəüz yerləşən şəxsi evində olacaq. Mərsimdə "Azərpoçt" rəhbərliyi iştirak edəcək.

DİN mətbuat xidməti isə mərhumla vida mərasimində DİN generallarının iştirak edəcəyini təsdiqlədi.

Xatırladaq ki, Dədə Mamed uzun illər çalışdığı DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindən 2007-ci ilin sentyabrında, daxili işlər orqanlarında işləmək üçün mümkün son yaş həddi tamam olduğuna görə nazir Ramil Usubovun əmri ilə azad edilib. Bundan sonra hüquq-mühafizə orqanlarında xüsusi nüfuz sahibi olan general-mayor Məmməd Əsgərov "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Tarix
2013.12.05 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla