Yuxarı

ATV efirindən küçə söyüşləri səsləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Zaur Baxşəliyevin aparıcısı və müəllifi olduğu "Ümid var" verilişinin yayımında çoxsaylı tamaşaçılara və verilişdəki qonaqlara qarşı hörmətsizlik edilib. Təxminən saat 17.15-də canlı yayımda qonaq qismində iştirak edən "Lalə" Qızlar Ansamblının vaxtilə solisti olmuş, amma bu gün küçələrdə səfil həyatı yaşayan Bənövşə Göyçaylı adlı xanım ona irad tutanlara, düşdüyü vəziyyətə görə onu qınayanlara etiraz əlaməti olaraq ayağa qalxaraq, küçə söyüşü söyməyə başlayıb: "Məni "askarblyat" edənin ağzını..."

Canlı yayımda iştirak edən tamaşaçılar və ekspertlər tərəfindən etirazlar səslənsə də, aparıcı Zaur Baxşəliyev verilişi aparmaqda davam edib.

Xoşagəlməz olayla bağlı "Ümid var" verlişinin lahiyə rəhbəri Nəmənd Rüstəmovla əlaqə saxladıq. Nəmənd bəy olayın xoşagəlməz hal olduğunu qeyd etməklə yanaşı, onu da dedi ki, "bu xanımın keçmişi çox parlaq olub. Bu gün isə alkoqoldan əziyyət çəkir. Verlişə dəvət etməkdə məqsəd ona kömək etmək idi. Verlişdən sonra göyçaylı bir iş adamı onu himayəyə götürdü. Həm də onu Mehriban Zeynalovanın "Təmiz Dünya" İctimai Bbirliyinin qadın sığınacağında yerləşdirdik. "Lalə" Qızlar Ansablının solistləri də bizimlə əlaqə saxladılar, ona hami olacaqlarına, əyin-baş alacaqlarına söz verdilər. Alkoqoldan əziyyət çəkən bu xanımın müalicəsinə artıq başlanılıb".

Tarix
2013.10.19 / 13:16
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla