Yuxarı

Sabir Rüstəmxanlı “Milyarderlər ittifaqı”nı topa tutdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Öz bisnesləri ilə bağlı Rusiya prezidenti Putinlə görüşürlər, amma..."

Bu gün Milli Məclisin növbəti sessiya toplantısı keçirilib. İclasda gündəliyə salınan məsələlərdən biri də Rusiyada son zamanlar miqrantlarla baş verən problemli məsələ olub.

Milli Məclisdə çıxış edən deputat Sabir Rüstəmxanlı miqrantlarla bağlı öz etiraz mövqeyini sərt formada dilə gətirib. Çıxış edən millət vəkili bildirib ki, hazırda miqrasiya bütün ölkələrdə var və azərbaycanlılar da qonşu Rusiyaya üz tutmağa məcbur olub. Rusiyada miqrantlara, xüsusən də azərbaycanlılara qarşı təzyiqlər müzakirə olunmalı və Azərbaycan Parlamenti bu məsələyə münasibət bildirməlidir.

Millət vəkili bu məsələylə bağlı Milli Məclisdə əlavə sənədin qəbul olunmasının vacibliyini qeyd edib. Diaspor təşkilatlarının fəaliyyətini tənqid edən Sabir Rüstəmxanlı "Milyarderler İttifaqı"nda təmsil olunan azərbaycanlı milyarderləri tənqid atəşinə tutub. Qeyd edib ki, bir müddət iclaslarda çıxış edən, bəyanatlar səsləndirən soydaşlarımız indi nədənsə ciddi mövqe ortaya qoya bilmirlər. Rusiya miqrantları ABŞ üçün problemdir. Rusiya mafiyası Amerikanı, Hindistanı pis vəziyyətə qoyub. İndi biz də o ölkələrə dəstək olaq?!

Şəxsi maraqları baxımından öz bisnesləri ilə bağlı Rusiya prezidenti Putinlə görüşürlər, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərinə yardım əli uzatmırlar. Bu məsələnin müzakirə olunmasını xahiş edən deputat məsələylə bağlı sənəd qəbul olunmasını və Rusiya Dumasına müraciət edilməsinin vacibliyini vurğulayıb.

Tarix
2013.10.22 / 15:04
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla