Yuxarı

Hitlerin ruhlarla gizli söhbəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1889-cu il aprelin 20-də falçıları ilə məşhur olan Bavyera şəhərində dünyaya gələn Hitlerin tez-tez işlətdiyi bir sözü olub:

"Mən insanların bilmədiyi gücləri birləşdirib ən güclü Alman irqini yaradacağam".

Hitler hər zaman beyninin içindən eşitdiyi səslə danışdığını deyirdi. O bu səslərin onu təqib etdiyini, buna görə də özünü narahat hiss etdiyini bir neçə dəfə dilə gətirib.

Herman Rauşninqin "Hitler mənə dedi ki" adlı kitabında yazılanlara görə, bir gün dostları ilə yemək yeyən Hitlerin qulağına "qalx, buranı tərk et!" kimi səslər gəlməyə başlayıb. Dərhal qalxan Hitler bir neçə addım atdıqdan sonra yenidən geri qayıdıb:

"Elə yeni oturmuşdu ki, bir əl qumbarası partladı. Hitlerdən başqa digər əsgər yoldaşları həyatlarını itirdi. Onu təqib edən bu səs bəlkə də onu qoruyurdu.

Son zamanlar hər kəs onu bu cür fərqliliyinə görə qınayır və axmaq olduğunu düşünürdülər. Hətta Hitler gözünə heç kimə görünməyən varlıqların göründüyünü də deyirdi. İddialara görə, bunu görən zaman Hitleri heç cür sakitləşdirmək olmurdu.

Yuxudan qışqıraraq oyanırdı

Yaxınlarının dediyinə görə o, röyasında tez-tez vahiməli varlıqlar görər, buna görə də qışqırıb oyanardı. İddialara görə, yatağında titrəyən, vurnuxan Hitler birdən otağın mərkəzində dayanıb, "o, yenə burdadı, o, yenə bura gəldi",- deyə anlaşılmaz sözlərdən istifadə edirdi. Onu tez-tez qarabasmalar təqib edib. Hətta onun ruhlarla söhbət etdiyi də iddia olunur.

Hİtlerin bu qəribə alışqanlıqları ömrünün sonuna qədər davam edib. Baş verənlərin nə ilə əlaqəli olması isə hələ də məlum deyil.

Psixoloji durumu xeyli fərqli olan Hitlerin hər kəsin geydiyi geyimdə özünü çox narahat hiss etdiyi bildirilirdi. Hər zaman vaxtın bitəcəyi düşüncəsi onu narahat edirdi. Hər zaman "az qaldı, çox az qaldı, vaxt çatmayacaq" kimi ifadələrdən istifadə edirdi. O, gücünün gizli, gözəgörünməz varlıqlardan qaynaqlandığına əmin idi.
Hitlerin qəribə düşüncələri bununla bitmir. O, dünyanın alt təbəqəsində, yerin altında başqa bir dünyanın varlığına da inanırdı.

Qeyd edək ki, Hitlerin astronomiya ilə xüsusi maraqlanması insanların diqqətinə səbəb olub. Onun hətta magiya ilə məşğul olduğu da iddia edilir.

Tarix
2013.12.21 / 22:44
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla