Yuxarı

"Qalatasaray"dan möhtəşəm qələbə - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş rəqibi "Fənərbaxça"nın Karabük stadionunda itirdiyi 3 xaldan sonra zirvəyə qalxmaq üçün dözümü qalmayan "Qalatasaray" "TT Arena"da Avropa kuboklarında iştirak etmək üçün yoluna uğurlara davam edən "Trabzonspor"u qəbul edib.

Burak Yılmazın atdığı qollarla meydandan qələbə ilə ayrılan "Qalatasaray" "Fənərbaxça" ilə arasındakı xal fərqini 8-ə endirməyi bacardı. "Trabzonspor"dan isə tək topu qarşı tərəfin qarşısına Olcan Adın vurub.

Oyunun birinci hissəsi heç-heçə başa çatsa da, ikinci hissədə "Qalatasaray" qarşı tərəfə təzyiqləri daha da artırıb. Komandanın hollandiyalı ulduzu Vesley Sneyder başladığı hücumlarla "Trabzonspor" ciddi təhlükəyə çevrilib. Oyunun 60-cı dəqiqəsində Burak Yılmazın vurduğu qol "Qalatasaray"a ilk qələbəni qazandırıb. 65-ci dəqiqədə isə Olcan Adın vurduğu qolla hesabı bərabərləşdirib - 1:1.

"Sarı-qırmızı"lar 2 dəqiqə keçməmiş, yəni 67-ci dəqiqədə Burakın vurduğu qolla yenidən önə keçdilər. Oyunun sonrakı dəqiqələrində sarı-qırmızılar bir neçə dəfə qarşı tərəf üçün təhlükəli vəziyyət yaratsalar da, növbəti qələbələri qazana bilməyiblər. Beləliklə, oyun 2:1 "Qalatasaray"ın qələbəsi ilə başa çatıb.

Bu qalibiyyətlə "Cim-Bom"un xal hesabı 30-a qalıb, "Trabzonspor" 24 xalla bir qədər də geriləyib.

QALATASARAY: 2 - TRABZONSPOR : 1

Stadion: Türk Telekom Arena

Hakimlər: Fırat Aydınus, Serkan Ok, Aleks Taşçıoğlu

Qalatasaray: Muslera, Sabri Sarıoğlu, Gökhan Zan, Semih Kaya, Riera (80 - Chedjou), Yekta Qurtuluş, Melo, Selçuk İnan (88 - Ceyhun Gülselam), Sneijder (85 - Aydın Yılmaz), Burak Yılmaz, Droqba

Trabzonspor: Onur Rəcəb Kıvrak, Bosinqva, Mustafa Yumlu, Bamba (85 - Qədr Keleş), Aykut Dəmir, Olcan Adın, Aykut Akgün, Zokora, Colman, Yusuf Ərdoğan (70 - Emre Güral), Henrique

Qollar: 60 və 67-ci dəqiqlələrdə Burak Yılmaz ("Qalatasaray"), 65-ci dəqiqədə Olcan Adın ("Trabzonspor")

Qırmızı kart: 76-cı dəqiqədə Colman ("Trabzonspor")

Sarı kartlar: 45 +1 dəqiqədə Mustafa Yumlu, 64-cü dəqiqədə Bamba ("Trabzonspor"), 77-ci dəqiqədə Riera, 79-cu dəqiqədə Droqba ("Qalatasaray") (anspress).

Tarix
2013.12.23 / 08:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla