Yuxarı

Varlı olacağını necə anlaya bilərsən? - Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə insanın gələcəkdə pul qazanma şanslarına təsir edəcək fərdi xüsusiyyətləri tədqiq edilib.

Aparılan araşdırmanın nəticəsi olaraq ekspertlər belə bir qənaətə gəliblər ki, hər kəsin həm fiziki görünüşü, həm də xarakterindəki özəllikləri onun maddi durumuna təsir edə bilər.

Yaraşıqlı xarici görünüşə malik olan kişilər nisbətən orta görünüşlü kişilərlə müqayisədə 9 faiz daha çox pul qazana bilirlər. Cəlbedici qadınların zəngin olma ehtimalı isə digərləri ilə müqayisədə 4 faizdən bir qədər artıqdır.

Araşdırmaların nəticələrinə əsasən, varlı olmaq üçün biliyin əsas olmadığı üzə çıxıb. Belə ki, IQ səviyyəsi orta olanların varlı olma şansları bundan aşağı səviyyədə olanlarla müqayisədə cəmi 1,2 faiz üstünlük təşkil edir. Liseydə oxuyarkən populyar olanlar da aşagı səviyyəli şagirdlərlə müqayisədə daha çox pul qazana bilirlər.

Evlilik ruzini daha çox artırır

İnsanın gəlirlərini artıran ən mühüm amilin isə məhz nikah olduğu təsdiqlənib. Belə ki, evlənmək və evli qalmaq ailənin gəlirlərini 77 faiz həcmində artımına gətirib çıxarır. Bundan əlavə, evlilik hər il ailə büdcəsinə 16 faizlik əlavə ruzi gətirir.

Araşdırmanın nəticələrinə görə, insanın öz həyatını təmin etmə şansları ailələrinin durumundan çox asılıdır. Məsələn, ailəsi yüksək təbəqəyə məxsus olan və universitet təhsili görən uşaqların 54 faizi gələcəkdə iqtisadi baxımdan sıxıntı çəkmirlər. Kasıb bir ailədə böyüyən və universitet bitirənlərin 84 faizinın maddi rifahı yüksək olur.

Spirtli içki bütün pisliklərin anası sayılır. Ancaq ingilis alimlərin araşdırması bu məsələni sual altına alır. Onların qənaətinə görə, içki içən insanlar həyatında bir dəfə də olsun onu qəbul etməyənlərlə müqayisədə 14 faiz daha çox varlı olurlar. Siqaret çəkməyənlər də digərlərinə nisbətən 50 faiz daha varlı olurlar.

Tarix
2013.12.23 / 23:34
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla