Yuxarı

ANS mənə heç bir kömək etmədi – Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonundan redaksiyamıza üz tutan Səbinə Kərimova üç ildir həyat yoldaşından ayrılıb. Dediyinə görə, həyat yoldaşının əyyaşlığa qurşanması ayrılığa səbəb olub. İndi altı uşaqla evsiz-eşiksiz, işsiz, köməksiz yaşayır.

Uşaqlarım adını belə yaza bilmir

"Qardaşım rəhmətə gedib, bütün uşaqlarımı ora yığmışam. İki oğlum, dörd qızım var. Artıq beşi məktəbə getməlidir. Amma imkansızlıq ucbatından heç birini məktəbə qoya bilməmişəm. Baxın, 21-ci əsrdə yaşayan uşaqlar adlarını belə yaza bilmirlər. Ən böyük övladım on dörd, ən kiçik isə üç yaşındadır. Yoldaşımdan artıq üç ildir ayrılmışam".

Şikayətimə cavab vermirlər

"Bakı Nazirlər Kabinetinə, Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta ANS-kanalında yayımlanan "İkinci Həyat" verilişində də iştirak etmişəm. Müraciət etdiyim yerlər çox olsa da, heç biri mənə köməklik etmədi. Bərdə rayon İcra Hakimiyyətindən məni aldadırlar. Dəfələrlə icra başçısının müavini İsgəndər İsmayılov mənim icra başçısı ilə görüşümə mane olub. Mənimlə özü görüşüb, danışıb, yola salıb. ANS-in mənə ancaq məsləhət verməyə gücü çatdı, dedilər ki, yaxşısı, övladlarımı "uşaq evinə" verim. Hansı ananın ürəyi buna razı olar?"

Sosial yardımın ümidinəyik

"Sosial Müdafiə Nazirliyinə müraciət edəndən sonra 7 nəfərlik ailəyə 152 manat sosial yardım ayırdılar. Yoldaşım isə uşaqlara ayda 90 manat aliment verir. Gəlirlərimiz çox azdı. Mən bu pulla nə övladlarımı yaxşı qidalandıra, nə də ki, normal geyindirə bilirəm. Ev olmadığına görə işləyə də bilmirəm. Bilsəm ki, bütün uşaqlarım bir yerdə toplaşıblar, rahat gedib işləyərəm".

Ölən oğlumun evində 16 yaşlı nəvəmlə yaşayıram

Şikayətçinin anası Məryəm Əzizovanın 72 yaşı var. Qoca ana qızına heç bir kömək edə bilmədiyinə görə hədsiz məyusdur:

"Bu gün varam, sabah yox. Mən bu dünyadan necə rahat köçüm? Təzyiqim var, şəkər xəstəsiyəm. Ölən oğlumun evində 16 yaşlı nəvəmlə yaşayıram. O da xəstədir. Qıçında mil var. Narkozlu olduğundan əsəbləri pozulub. Qızımın övladları ilə yola getmir. Mən artıq qızımın bu halına dözə bilmirəm. Xahiş edirəm, qızımı torpaq sahəsi ilə təmin etsinlər. Mən də bir ana kimi heç olmasa bilim ki, qızımın nəyisə var".

Qayınım evimizi satdırdı

"O vaxt qaynım yoldaşımı aldadaraq evimizi satdırdı. Demişdi ki, bizə torpaq sahəsi alacaq. Amma almadı. Qayınım etiraf edir ki, özünün ehtiyaclarına görə bütün pulu xərcləyib. Bu səbəbdən də torpaq payımızı verməyiblər".

Mən qəhrəman anayam, hüquqlarım var…

"Ölkəyə altı vətəndaş vermişəm. Mən qəhrəman anayam. Televiziyada deyirlər ki, çoxuşaqlı ailələrə ev verilir, torpaq verilir. Amma mən bu qayğılardan kənardayam".

Rayon icra hakimiyyəti də gözləyir

Bildirək ki, "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi çərçivəsində üç usağı olan ailələr "çoxuşaqlı ailələr" hesab ediləcək. Həmin ailələr xüsusi ipoteka imtiyazlarına malik olmaqla yanaşı, həm də mənzillə təmin olunacaqlar.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdik. Müraciətimizi elə xanımın onu aldatdığını iddia etdiyi İsgəndər İsmayılov cavablandırdı. İcra Hakimiyyətinin nümayəndəsi İsgəndər İsmayılov bildirdi ki, hazırda Bərdə Bələdiyyəsinin perspektiv inkişaf fondunda həyətyanı torpaq sahəsi yoxdur. İcra nümayəndəsi xanımın dəfələrlə icra başçısının qəbulunda olduğunu təsdiqlədi. Lakin ona bildirilib ki, nə vaxt bələdiyyənin perspektiv inkişaf fondunda həyətyanı torpaq sahəsi olarsa, məsələ o zaman həllini tapacaq:

"Hazırda 6 nəfər həyətyanı torpaq sahəsi üçün öz növbəsini gözləyir. Bərdə bələdiyyəsi perspektiv inkişaf fondunda həyətyanı torpaq sahəsi olmadığından, bu məsələ hələ ki, öz həllini tapmayıb. Bu barədə Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırıb. Vəsatətdə deyilir ki, Bərdə rayon bələdiyyəsinin perspektiv inkişaf fonduna boş torpaq sahələri verilsin. Torpaq sahəsi verilən zaman növbəlik əsasında hər kəs həyətyanı torpaq sahəsi ilə təmin olunacaq".

Tarix
2013.10.05 / 13:50
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla