Yuxarı

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, dekabrın 24-dən etibarən Gürcüstanda yanacağın pərakəndə satış qiyməti bahalaşıb.

Yanacağın bahalaşmasına səbəb Gürcüstan milli valyutasının (lari) rəsmi məzənnəsinin ucuzlaşması ilə bağlıdır. Qiymət artımı Gürcüstan ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrini əhatə edib və artım 1 litr yanacaq üçün təxminən 5-7 tetri (2,5-3,5 qəpik) təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə qurumu olan "SOCAR-Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun verdiyi məlumata görə, bahalaşma Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə də təsir edib.

Onun sözlərinə görə, yanacağın pərakəndə satışının qiymətində 5 tetri artım var: "Gürcüstanda yanacağın qiymətinin artması normal prosesdir. Bu ölkədə yanacağın qiyməti dünya bazarı qiymətlərinə uyğun satılır və son zamanlar dünya neftin və neft məhsulları bazarında baş verən qiymət artımı mütləq buradakı qiymətlərə də təsir etməli idi. Son aylar lari 6-8% devalvasiya olunub".

M.Məmmədov deyir ki, bu qiymət artımı yanacaq istehlakçılarına və avtomobil sahiblərinə ciddi təsir etməyəcək: "Ola bilər ki, Yeni İl bayramı ərəfəsində alıcılarımıza bayram hədiyyəsi olaraq yanacağın qiyməti ucuzlaşdırılsın. Çalışacağıq ki, Yeni İl ərəfəsində bu qiyməti heç olmasa əvvəlki qiymətə qədər endirək. Bəlkə də əvvəlki qiymətdən də daha ucuz elədik".

Qeyd edək ki, bu gün Gürcüstanda "Super" markalı benzinin 1 litri qiyməti 2,20 laridən 2,30 lariyə, "Premium" markalı benzinin qiyməti 2,15 laridən 2,25 lariyə, "Avroreqular" isə 1,99 laridən 2,10 lariyə qaldırılıb. Dizel yanacağının 1 litri isə 2,07 laridən 2,10 lariyə qədər artırılıb (APA).

Tarix
2013.12.24 / 16:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla