Yuxarı

Ebru Gündəş canlı yayımda ağladı - Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən "Star TV"-nin efirində yayınlanan "O səs Türkiyə" musiqi yarışmasının münsiflər heyətinin üzvü olan sənət Ebru Gündəş canlı efirdə hisslərini cilovlaya bilməyərək ağlayıb. Aparıcı Acun İlicalının açıqlama vermək üçün söz haqqı verdiyi sənətçi əri Rza Zərrabı çox sevdiyini, sevərək evləndiklərini bildirib, deyib ki, bir qaranlıq dönəm yaşayırlar, inşallah bu dönəmi də arxada qoyacaqlar.

Ebru Gündəş deyib ki, o Rza ilə evləndikləri zaman yaxşı və pis günlərdə bir yerdə olacaqlarına söz veriblər. Bundan əvvəl ağır xəstəlik keçirdiyini bildirən sənətçi tezliklə toparlandığını, bu dəfə də ağır günləri arxada qoya biləcəklərinə inandığını bildirib.

Salona toplaşanlar Ebru Gündəşi alqışlayıblar. Sənətçi bu səhnədən təsirlənərək göz yaşını tuta bilməyib.

Acun İlicalı Ebru Gündəşə hər cür dəstək verəcəklərini bildirib. ("Musavat.com")

Tarix
2013.12.24 / 22:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla