Yuxarı

Zamin Hacı Qarabağın qayıtmasını arzulamır

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zamin Hacı Qarabağın qayıtmasını arzulamır

Gənclik arzularım cılız idi

- Zamin bəy, elə bir arzunuz olubmu ki, hələ də gerçəkləşdirə bilməmisiniz?

- Məktəb vaxtlarımdan heç bir arzu etmirəm. Ümumiyyətlə, arzular insan həyatını məhv edən bir hissdir. Arzuların arxasınca qaçan insan həyatdan uzaq düşür və yaşamır. Ona görə də həyatımda heç vaxt ciddi bir arzum olmayıb.

- Heç gənclik çağlarınızda da olmayıb?

- Onda arzularım qeyri-ciddi, cılız arzular olub. Özümü dərk edəndən sonra ümumiyyətlə, arzulardan uzaq durmuşam. Çünki görürəm ki, arzularsız yaşamaq daha gözəldir.

Qarabağın qayıtmasını heç kim arzulamır

- Demək, sizə görə arzu etmədən yaşamaq mümkündür?

- Bəlkə də mənim fikirlərimlə kimlərsə razılaşmaya bilər. Əslində, mən fikirlərimi tam izah edə bilmərəm. Tək onu deyə bilərəm ki, arzularsız yaşamaq klassik azərbaycanlı üçün anlaşılmazdır, fəlakət deməkdir.

Təbii, pafoslu şəkildə deyə bilərəm ki, arzum Qarabağın azad olunmasıdır. Bəzən bu cür ifadələrlə boşboğazlıq etsələr də, əminəm ki, heç kim bunu arzu eləmir. Çünki arzu edən onu həyata keçirər.

- Heç kim bunu arzu etmir? Deməli, siz də?

- Bilirsiniz, Qarabağ ona görə qaytarılmamalıdır ki, o bizim torpaqlarımızdır, ona görə qaytarılmalıdır ki, ədalət bərpa olunsun. Son 20 ildə Azərbaycanın torpaqlarının qaytarılması üçün neynəyiblər!? Bir dəfə də olsun kimsə ciddi şəkildə hakimiyyətdən tələb etməyib ki, sən niyə görə orda oturmusan? Hansı ki, hakimiyyətin əsas məsələsi Qarabağ problemi olsa da, heç bir iş görməyib. Yalandan ağlayıb danışmaq boş-boş şeylərdir. Arzu edirdilərsə, bunu həyata keçirəydilər.

Qarabağı cücəmiz, qoyunumuzla xatırlayırıq

Biz ümumiyyətlə, arzunun mahiyyətini anlamırıq. İstəklər var, bir də instinktiv heyvani hisslər. Biz vəhşicəsinə nələrinsə olmasını istəyirik. Bir var vəhşi arzular, bir də var bəşəri, humanist arzular. Bəlkə də indi insanlarda Qarabağın azad olması arzusu instinktiv şəkildədir, şüurlu deyil. Əgər elə olsaydı, biz çoxdan onu azad etmiş olardıq. Fikir versəniz, görərsiniz ki, bir azərbaycanlı həmin yerləri xatırlayarkən torpaqlardan deyil, 50 dənə cücəsindən, qoyunundan, quzusundan, ya da ki, qazından danışır. Deyir ki, 50 toyuğum var idi, ya inəyim var idi. O vətənin mənasını dərk etmir. Sadəcə, itirdiklərinin acısını yaşayır. Ona görə də deyirəm ki, Qarabağı istəyən yoxdur.

Azərbaycanlıların arzusu çox primitiv olur

- Bəs o zaman nə etmək lazımdır?

- Heç nə... Sadəcə, yaşamağı bacarmalısan. Yaşamaq lazımdır və dünyadan zövq almaq üçün günəşə baxmaq, səmaya baxmaq lazımdır. Arzular boş şeydi. Mən arzu edərdim ki, Azərbaycan xalqı ümumiyyətlə, arzu etməsin. Çünki azərbaycanlıların arzuları da çox primitiv olur. Maşın alaq, yaxşı arvad alaq, nə bilim… övladım universitetə girsin. Avropaya fikir versəniz, görərsiniz ki, onlar daha məntiqli, ümumbəşəri düşünürlər. Amma biz yalnız özümüzü fikirləşirik.

Arzu insana dərd gətirir

- Zamin Hacı arzularla yaşasaydı, indi həyatınızda nə fərqli olardı?

- Əgər mən arzularla yaşasaydım, həyatım çox ağır olardı. Özümü çox xoşbəxt hiss edirəm. Dediyim kimi, arzular insana yalnız dərd gətirir. İnsanlar elə əldə etmək üçün yaşayır. Onlar günəşi, buludu, təbiəti görmürlər. Öz doğmalarının gözlərindəki kədəri, sevinci hiss etmirlər, bütün günü yalnız nə əldə edə biləcəkləri haqqında düşünürlər. Yalnız "nəyəsə çataq" prinsipi ilə yaşayır və bu qaçhaqaçla həyatlarını məhv edirlər.

Bundan gözəl nə ola bilər?

Doğulmusansa, yer kürəsindəsənsə, yaşayırsansa, bundan gözəl nə ola bilər? Hansı ki, dünyaya gəlmək özü də böyük işdir. Sən dünyaya gəlmisən, hələ bir şeylər də tələb, arzu edirsənsə, bu çox gülməlidir. Əgər sənin yaşamaq imkanın varsa, başqa nə istəyirsən? Məncə, insanlar layiq olduqlarından çox şey istəyirlər.

Sözümü məşhur bir fikirlə bitirmək istəyirəm: "Əgər dünyada doğulmaq və ölmək sənin əlində deyilsə, bu zaman arzularla yaşamaq da mənasızdır".

Tarix
2013.10.23 / 10:35
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla