İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
02:32
Ana səhifə Gündəm |
"Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir",- "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə əsasən, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimli baş nazirin müavini Əli Əhmədovun deputat mandatı ilə bağlı məsələyə aydınlıq gətirərkən söyləyib.
Mikayıl Rəhimli bildirib ki, YAP sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün MSK-ya müraciət etməlidir: "MSK isə bu müraciətə iki ay ərzində baxıb, millət vəkilini mandatından məhrum etməlidir".
Tarix
2013.10.23 / 12:44
|
Müəllif
Axar.az
|