Yuxarı

Səttar Mehbalıyev danışdı: “Bizi təhqir edirdi“

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənov dəfələrlə özünü yandıracağı ilə bağlı təşkilata məktublar göndərib".

Bunu ötən gün Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Zaur Həsənovla bağlı Azad Həmkarlar İtifaqları konfederasiyasının sədri Səttar Mehbalıyev "Salam Azərbaycan"a açıqlamasında deyib.

S.Mehbalıyev qeyd edib ki,onun özünü yandırma səbəbi məhkəmə qərarından narazı olması olub. Konfederasiya sədri bildirib ki, Z.Həsənovun 40 kvadratmetr torpaq sahəsi olub.

"Zaur Həsənov o əraziləri qeyri qanuni zəbt edib və Ali Məhkəmə də buna uyğun olaraq qərar qəbul edib. Mənə dedi ki, məhkəmə qərarlarını ləğv et. Mən dedim ki, mənim səlahiyyətim yoxdur. Məhkəmə bunun sökülməsi barəsində qərar verib. Mən bunu edə bilmərəm. Ancaq sənə sanatoriyada iş verilməsi ilə bağlı tapşırıq verə bilərəm. O dedi ki, mən sanatoriyada işləmək istəmirəm."

S.Mehbalıyev qeyd edib ki, Zaur Həsənov şər atmaqla məqsədini həyata keçirmək istəyib: "Bizi təhdid edirdi ki, mən özümü yandıracam. Bu adama dırnaq vursan bütün Azərbaycanı qatar bir-birinə.Şər atmaqla şantaj etməklə bu məsələni həyata keçiridi".

5 saylı xəsətəxananın baş həkimi Ziya Əsədovun ANS-ə verdiyi məlumata görə, 5 uşaq atası əlil olan özünü öldürməyə cəhd göstərən Zaur Həsənovun xəstəxananın yanıq şöbəsindədir və vəziyyəti çox ağırdır.

Baş həkimin sözlərinə görə, xəstənin yanında səhərə qədər xüsusi həkim birqadası qalıb. Reanimasiyada olan xəstənin təziqi sfıra düşüb.Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarıblar. Səhər saatlarında xəstəxanada konsiliyum olub. Xəstənin vəziyyəti kritikdir.

Tarix
2013.12.26 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla