Yuxarı

554 azərbaycanlı qətlə yetirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlı əsir, girov və itkinlərlə bağlı 2013-cü ilin son statistikası açıqlayıb. Komissiyanın İşçi qrupundan verilən məlumata görə, 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində rəsmi sənədlərdə itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.

Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.

Beləliklə, 2013-cü ilin 11 dekabr tarixinə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4013 nəfər təşkil edir. Onlardan 3254 nəfər hərbçi, 757 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 44 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (15 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4013 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.

Münaqişə müddətində 1412 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 342 nəfər qadın, 1069 nəfər kişidir. Eyni zamanda 177 nəfər uşaq (63 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.(Modern.az)

Tarix
2013.12.26 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla