Yuxarı

Ümid Partiyasından istefaların səbəbi bəlli oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş ümidçilər İqbal Ağazadənin dediklərinə münasibət bildirdilər

Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin seçkilərin nəticələri ilə bağlı "Aznews.az" saytına verdiyi açıqlamanın ardından partiya sıralarından istefalar başlayıb.

Xatırladaq ki, İqbal Ağazadə açıqlamasında İlham Əliyevə uğurlar arzuladığını bildirib: "Mən İlham Əliyevə uğurlar arzulayıram. İstərdim ki, bizim seçki təbliğatı zamanı səsləndirdiyimiz problemlər qısa zamanda həll olunsun, Azərbaycanda barış və dialoq yaransın".

İlk olaraq partiya sıralarını sədr müavini Aynur İmranova tərk edib. O, bu haqda şəxsi feyzbuk səhifəsində məlumat verib:

"Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram".

Aynur İmranovanın ardından Ümid Partiyasından daha bir istefa reallaşıb. Partiyanın başqa bir sədr müavini Ruslan İzzətli də "Ümid"in sıralarından ayrıldığını bəyan edib:

"Ümid Partiyasının seçkiyə verdiyi qiymətə görə partiyadan istefa verirəm. Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. Ümid Partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. Ümid Partiyasında olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm".

İqbal Ağazadə istefalar haqda qabaqcadan məlumatlıymış

İstefalarla bağlı İqbal Ağazadə "Qafqazinfo.az" saytına açıqlama verib. O, partiya sıralarını tərk etmiş Aynur İmranova və Ruslan İzzətlini sədr müavinləri kimi yox, sıravi üzv kimi təqdim edib. Millət vəkili bunu qurultaydan sonra müavin vəzifələrinin boş qalması ilə əlaqələndirib. "Axar.az"ın partiya daxilindəki mənbələrdən əldə etdiyi məlumata görə, İqbal Ağazadə seçkidən sonra partiya daxilindəki istefaları əvvəllcədən proqnazlaşdırıbmış. Çünki həm Aynur İmranova, həm də Ruslan İzzətli daha çox hakimiyyətə qarşı barışmaz müxalif mövqeləri ilə seçilirdilər və İqbal Ağazadənin İlham Əliyevi təbrik etməsini qəbul edə bilməzdilər. Ona görə də "Ümid"də müavin vəzifəsinə yeni təyinatlar seçkilərdən sonraya qədər təxirə salınmışdı.

Biz yenə də müavin vəzifələrini icra edirdik

Məsələ ilə bağlı Aynur İmranova ilə əlaqə yaratdıq. Aynur xanım İqbal Ağazadənin dediklərinə cavab olaraq partiyadan sədr müavini kimi istefası haqda bir söz demədiyini bildirdi:

"Mən feyzbuk səhifəmdə partiya sıralarını tərk etdiyimi bildirmişəm, partiyanın sədr müavini kimi istefa verdiyimi bildirməmişəm".

Partiyanın daha bir sədr müavini Ruslan İzzətli isə müavin vəzifəsinə təyinatların gecikməsinə səbəb kimi İqbal Ağazadəni göstərdi və qurultaydan sonra da formal olaraq vəzifə səlahiyyətlərini yerinə yetirdiklərini bildirdi.

"Avqustda qurultay oldu. Qurultayda biz öz səlahiyyətlərimizi təhvil verdik. Qərara alındı ki, onların təsdiqlənməsi seçkilərdən sonraya qədər təxirə salınsın. Buna baxmayaraq, biz yenə də müavin vəzifələrini icra edirdik. Ən azı avqusdan sonra Ümid Partiyasının mətbuat xidmətinin bizi necə təqdim etməsinə baxa bilərsiz. Bundan başqa mətbuat orqanları da bizi partiyanın müavini kimi təqdim edirdilər. Amma artıq bu məsələnin önəmi yoxdur. Mən partiya sıralarını tərk etmişəm və onlara gələcək işlərində uğurlar arzulayıram".

Tarix
2013.10.10 / 18:28
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla