Yuxarı

Yeni il atributları neçəyədir? - Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Bu bayramın nə az, nə çox - düz 21 əsrlik tarixi var. Bayram dünyanın hər yerində saat fərqi ilə qeyd olunan ən orijinal bayramlardan biridir.

Bayramı yaxşı əhvali-ruhiyyədə keçirmək üçün təbii ki, müəyyən vasait də tələb olunur. Biz də Yeni ili yaxşı qarşılaya bilmək üçün nə qədər pulun tələb olunduğunu araşdırdıq.

Araşdırma zamanı bəlli oldu ki, bayramı xoş keçirmək heç də ucuz qiymətə başa gəlməyəcək. Məsələn, yeni ilin əsas atributu olan şam ağacları öz qiymətləri ilə əl yandırmaqda davam edir. Onların qiyməti 4 manat 50 qəpikdəm 280 manata qədərdir. Hətta bəzi yerlərdə nəhəng şam ağaclarının 2500-3000 manata satıldığına da rast gəlmək mümkündür.

Satıcılarla söhbətimizdən bəlli oldu ki, alıcılıq qabiliyyəti digər illərlə müqayisədə aşığı səviyyədədir.

Sizə Yeni il atributlarına çevrilmiş əşyaların qiymətini təqdim edirik:

Şam ağacı: 4.50-250 AZN (İstisna hallarda 2500-3000 manata da almaq mümkündür)

Şaxta baba: 4 - 250 AZN

Zərlər: 0,1 - 3 AZN

Rəngarəng işıqlar: 8 - 14 AZN

Oyuncaqlar: 4 - 22 AZN (dənəsi 10 qəpik olan oyuncaqlar da var)

Şarlar: 0,2 - 2 AZN

Qapı üzərindən asılan bəzək əşyaları, üzəri "2014" yazılı əşyaları da ölçüsünə görə müxtəlif qiymətlərə əldə etmək mümkündür. Burada isə qiymətlər 22 manatdan 54 manatadək dəyişir.

Əgər evinizdə yeni ilə aid hər şeyi yeniləmək istəyirsinizsə, bunun üçün cibiniz kifayət qədər dolu olmalıdır.

Bazarda təhlükəli mallar var

Bayramın gəlişi ilə əlaqədar bazarda yararsız məhsulların sayı xeyli artıb. Bununla əlaqədar "Axar.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, alıcılar aldıqları məhsulların sertifikatını tələb etməyi unutmamalıdır:

"Bayramla əlaqədar olaraq bazarda saxta mallar artmaqdadır. Azərbaycan bazarına nəzarət olduqca aşağı səviyyədədir. İndi bizim bazara hardan, necə gəldi girmək olur. Normal, müstəqil ekzpertiza yoxdur. Azərbaycanda kifayət qədər təhlükəli mallar var. Bunların sırasında isə yeni il qabağı təlabat artan mallar üstünlük təşkil edir. Keyfiyyətsiz ərzaq və sənaye malları ilə qarşılaşan insanlar zəhərlənmə, sağlamlıq riskləri ilə üz-üzədir. Buna görə də insanlar alış-veriş edən zaman məhsulun sertifikatını tələb etməyi unutmamalıdır".

Tarix
2013.12.27 / 23:47
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla