Yuxarı

Abşeron Qazma İdarəsi ləğv edilir - Yeniləndi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:38

Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını işçilərə elan edib.

İşçilərin verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar veriblər: "Biz tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur.

Təkcə bizim idarədə 750 nəfər çalışır. Kompleks Qazma İşləri Trestinə 7 idarə daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq verib ki, heç kimin binadan çıxmasına imkan verməsin".

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız olduqlarının bildirirlər ( "Azadlıq" radiosu).

***

18.17

Abşeron Qazma İdarəsindən verilən məlumata görə, rəhbərliyin göstərişi ilə işçilər idarədən çölə buraxılmır: "Hətta bir jurnalist də gəlib çöldə dayanıb. Nə onu içəri buraxırlar, nə də bizi çölə. Heç kimi idarədən buraxmırlar ki, sözümüzü deyək. Hamımız qalmışıq içəridə".

***

19:10

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır. Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: "İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir".

"Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin "Azəriqaz" İstehsalat Birliyində də aparılacaq", - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.

Tarix
2013.12.28 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla