Yuxarı

Pərviz Həşimli obudsmanı MTN-ə dəvət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-də vəkil Bəhruz Bayramov MTN-in istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

"Axar.az"ın məlumatına görə, "Media forum"a danışan vəkil bildirib ki, jurnalist saxlanma şəraitindən, istintaqın ləng aparılmasından şikayətlənib: "Pərviz saxlanılan kameraya yenə baxış keçirilib və onun qeydləri diqqətlə yoxlanılıb. Jurnalist onunla hərbi əsir kimi davranılmasına etiraz edir. O, təcridxanadan prezident İlham Əliyevə səslənərək hüquqlarının pozulduğunu vurğulayır və ailə üzvləri, körpə qızı ilə əlaqə saxlamağa imkan verilmədiyindən şikayətlənir. Prezidentdən xahiş edir ki, onun ailə üzvləri ilə görüşməsinə imkan yaradılması barədə göstəriş versin".

Bəhruz Bayramov bildirib ki, Pərviz Həşimli ombudsman Elmira Süleymanovanı MTN-in istintaq təcridxanasına dəvət edib: "Dedi ki, xahiş edirəm şəxsən Elmira xanım mənə baş çəkib şikayətlərimi dinləsin, saxlanma şəraitimlə tanış olsun".

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.

Tarix
2013.10.24 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla