Yuxarı

İnsanların şirniyyata nədən meylli olduqlarının səbəbi bilindi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı alimlərin apardığı araşdırmada göstərilir ki, uzun müddət ac qalan adamlar şirniyyatdan heç cür imtina edə bilmirlər. Bu siyahıya ən çox pəhriz saxlayan insanlar aiddir. Alimlər bu asılılığın vücudda olan vitamin çatışmazlığı ilə birbaşa əlaqəli olduğunu vurğulayıblar. Belə ki, vitamin D çatışmazlığı olan insanlar hər 2 saatdan bir şirniyyat yemək istəyirlər ki, bu da bədəndə şəkər normasının artmasına səbəb olur. Aparılan araşdırmalardan o da məlum olub ki, şirniyyata meyilli insanların 70%-ində bağırsaq parazitləri var. Belə ki, bu parazitlər bədənin qidadan əldə olunmuş bütün enerjisini mənimsəyərək, hədsiz şirniyyat asılılığı yaradırlar.

Yaradıcı insanlar kokoslu konfetləri sevir

Yeyilən şirniyyat növləri həm də insan xarakterindən xəbər verir. Belə ki, Alman psixoloqların fikrincə, çiyələkli konfetlər ən romantik konfetlərdir. Hesab edilir ki, cəsarətli insanlar albalılı konfet, utancaqlar – fındıqlı, yaradıcı insanlar isə - kokoslu konfetləri və ya tortları sevir.

Kişilərdən fərqli olaraq qadınlar şirniyyata daha çox meyillidir. Belə ki, sevgi rəmzi hesab edilən şirniyyatdan qadınlar ən çox stressdə olan zaman istifadə edirlər. Mütəxəssislər hesab edir ki, aşırı şirniyyat alüdəçisi olmaq insanda mədə sistemi ilə yanaşı qan təzyiqinə də mənfi təsir etmiş olur. 

Aparılmış son araşdırmalar göstərib ki, şirniyyata aludəçilik nəinki bədən quruluşuna mənfi təsir göstərir, həmçinin böyrək xəstəlikləri, ürək-damar sistemində çatışmazlıqlar, görmə qabiliyyətinin zəifləməsi və itməsinə qədər apara bilir.

Tarix
2013.10.12 / 14:16
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla