Yuxarı

Tikanlı Sona

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ona olunan təhqir - onun dediklərində həqiqət çaları olduğunu isbatladı...

O, həm zərifdi, həm zəifdi, həm də... güçlüdü, tikanlıdı. Güclülər tikanlı olur. Heç fikir verməmisiniz, çöldə bitən tikanlı kollar ətirli çiçəklərdən nə qədər dözümlüdü?

Onu tanımaq istəmirəm... Mən onu tanıyıram artıq!

O, tənhadı... Dostlarının çox olduğu görüntüsünə aldanmayın,- yalqızdı. Yalquzaq deyil ancaq... Həm də kövrəkdi... Dedim axı bayaq,- zəifdi!

Dost dediyi adamların, haqqında ürəklə danışdıqlarının əksəriyyəti ilə 20-25 ilin uzaqlığından üzü bəri gəlmişəm. Və o "əksəriyyətin" əksəriyyətinin adamı yarı yolda qoya biləcəyinə də şübhə etmirəm.

O isə tanıdıqlarının əksəriyyətini tanımır... Onlara güvənir. Amma bu güvəncin görüntü olduğunu da bilərəkdən etdiyinin fərqində olmasını bildiyimi bilmir...

Özünü qadına həqarət edənlərə, mentalitetə tüpürənlərə rəğbəti var kimi göstərir... Əslində isə içində əyləşən bir klassik xanımın ört-basdır edilməsidir bu!

İçərisi param-parça olan bu adam dünyanın hər üzünə laqeyd biri kimi təəssürat yaradır. O özündə başqa bir "Öz" yaradır və onun rolunu oynayır...

O özünə qarşı nə vaxtsa olan haqsızlığa görə hər kəsi qınayır... Qınamaq yaxşıdır e,- günahlandırır, ittiham edir!..

Mən onu tanımaq istəmirəm... Mən onu tanıyıram artıq!

İstəyirəm, onun dostları olsun... İstəyirəm o, dostlarını özü seçsin.

Bir də istəyirəm ki, onun yanında olduğumuzu bilsin!

Tarix
2013.10.26 / 13:08
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla