Yuxarı

Ermənistan Qarabağdan imtina edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mövcud Ermənistan iqtidarı hakimiyyətini qoruyub saxlamaqdan ötrü Artsaxı qurban verə bilər!"

"Axar.az" Ermənistanın "Arminfo" saytına istinadən xəbər verir ki, bu sözləri oktyabrın 25-də parlamentdə keçirdiyi brifinq zamanı "Erməni Milli Konqresi" fraksiyasının sədri Aram Manukyan deyib.

"Hakimiyyətin son addımları bizi amansızcasına bu rüsvayçılığa doğru sürükləyir. Avropa Parlamentinin oktyabrın 23-də keçirilmiş plenar iclasında qəbul edilmiş "Avropanın mehriban qonşuluq" siyasəti çərçivəsində qəbul edilmiş qətnamə layihəsi də bir başa buna şahidlik edir. Bu layihədə ilk dəfə vurğulanır ki, Qarabağ konflikti "Azərbaycanın ərazi bütövlüyü" və "Şərq tərafdaşlığı ölkələrindən birinin o birisinin ərazisini işğal etməsi" prinsipləri əsasında həll edilməlidir. Məhz, bizim hakimiyyətin yanlış siyasəti belə bir qətnamənin qəbul edilməsinə gətirib çıxarıb", - deyə Manukyan qeyd edib.

Manukyan daha sonra bildirib: "Bu gün vəziyyət tamamilə dəyişib və indi elə bir beynəlxalq təşkilat yoxdur ki, xalqların öz müqəddəratını təyin etmə hüququna əsasən Dağlıq Qarabağın suverenliyi fikrini qəbul etmiş olsun. Tamamilə mümkündür ki, iqtidar bu şərtlər altında hakimiyyəti sırf öz əllərində saxlamaq naminə Artsaxı qurban versinlər".

Xatırladaq ki, oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında "Avropa mehriban qonşuluq siyasəti" haqda qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında qeyd olunur ki, "Şərq tərafdaşlığı proqramı"na qoşulmuş dövlətlərdən birinin o birinin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması hesab edilir". Bu konteksdə Dağlıq Qarabağ konfliktinin 1993-cü ildə ATƏT-in qəbul etdiyi 4 qətnamə və "Minsk qrupu"nun 2009-cu il iyulun 10-da razılaşdırılmış birgə bəyannaməsində göstərilmiş baza prinsiplərinə əsasən həll edilməsi vurğulanır.

Tarix
2013.10.28 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla