Yuxarı

Hərbi hissədən qaçan əsgər yaralı tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xidməti silahını götürərək hərbi hissədən qaçan əsgər tapılıb.

"Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib. Onun hansı şəraitdə və kimin tərəfindən yaralanması isə hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Tovuz rayonundakı "N" saylı hərbi hissənin əsgəri, 19 yaşlı Cəmil Elxan oğlu Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.

Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub.

Qeyd edək ki, C. Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Tarix
2013.10.28 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla