Yuxarı

Moldovalı ombudsmana ermənilərin təzyiqi davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovo Respublikasının ombudsmanı Aurelia Qriqorianı Ermənistan parlamentindəki məşhur çıxışından sonra tanıdıq və sevdik. Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsini Ermənistanın paytaxtında cəsarətlə deməsi çoxlarının heyrətinə, ermənilərin isə nifrətinə səbəb oldu.

Bu yaxınlarda Bakıya səfər edən Aurelia xanımla əlaqə saxlayıb, bir neçə sualımızı cavablandırmasını xahiş etdik.

- Bakıdan hansı təəssüratlarla ayrıldınız?

- Doğmalarımdan ayrılırmış kimi. Şəhəriniz və insanlarınız gözəldir. Bakıya yenə gəlmək istərdim.

- Moldovada keçiriləcək yeni ombudsman seçkilərinə qatılacaqsınızmı?

- Moldovoda tezliklə qanun dəyişikliyi olacaq və ölkədə bir ombudsman fəaliyyət göstərəcək. Və o, artıq var, bilinir kimdir. Ona görə də mənin ərizə verməyimin, seçkiyə qatılmağımın heç bir mənası yoxdur. Səlahiyyət müddətim isə oktyabrın 30-da başa çatır.

- Yeni işlə bağlı hər hansı planınız varmı?

- Əlbəttə, insan hüquqlarının müdafiəsi ilə məşğul olacam. Amma harda? Bunu hələ aydınlaşdırmamışam.

- Sizə qarşı təzyiq və təhdidlər davam edirmi?

- Bəli. Təzyiq həmişə var və bitəcəyi gözlənilmir. Düzdür, indi bir qədər səngiyib, amma növbəti təhqir və təhdid gözlənilir. Onlara verilən tapşırıqlar məni işdən uzaqlaşdırmaqdır. Parlamentə təqdim etmək üçün imzalar toplanılır.

- Bunu edənlər kimdir?

- Mənim xidmət göstərməyimi və haqqın səsinə səs verməyimi istəməyənlər.

- Moldovodakı erməni lobbisi və erməni icması da həmin istəməyənlər sırasındadır?

- Moldovadakı erməni icması mənim işdən uzaqlaşdırılmağım üçün bütün mümkün imkanlardan istifadə etdilər və edirlər. Həyatımın və işimin təhlükə altında olması istiqamətində bütün işləri görürlər. Ona görə də həyat yoldaşımla bir məsələnin üstündə fikirləşirik: Mənə burda qalıb yaşamaq və işləmək olar, yoxsa yox. Bu məsələni də belə asanca qərarlaşdırmaq olmur... Başa düşürük ki, burda yaşamağa və işləməyə bizə imkan verməyəcəklər...

- Azərbaycanda yaşamaq barədə düşünürsünüzmü? Bilirsinizmi ki, burda sizi çox sevirlər və heç bir probleminiz olmayacaq?

- Bilirəm və bu sevgi qarşılıqlıdır. Bakıda olanda bu sevgini, qayğı və diqqəti hiss etdim. Amma işlə bağlı qəti olaraq qərar verməmişəm. Dünən Türkiyədən ezamiyyətdən qayıtmışam, həm yorğunam, həm də verdiyiniz sualın cavabını ləngitməyim münasib olardı. Türkiyədə Avropa ombudsmanlarının beynalxalq simpoziumunda iştirak etdim. Və çox xahiş edirəm, xüsusi ilə qeyd edəsiniz ki, Türkiyədə mənim təhlükəsizliyim ən yüksək səviyyədə və peşəkarcasına təmin edilmişdi. Buna görə tədbirin təşkilatçısı və rəhbəri Türkiyənin ombudsmanı M.Nihat Öməroğluna təşəkkürümü bildirirəm. Eyni zamanda, ayrıca olaraq Türkiyənin Moldovadakı səfiri cənab Mehmet Səlim Qartala minnətdarlıq edirəm.

Tarix
2013.09.06 / 03:03
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla