Yuxarı

Millət vəkilliyinə təkrar seçki keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun Baş nazirin müavini təyin edilməsindən sonra Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 3 olub.

İlk olaraq 34 saylı Xətai ikinci seçki dairəsindən seçilən Gülər Əhmədova 2012-ci ilin oktyabr ayında mandatdan imtina edib. Daha sonra 110 saylı Zaqatala seçki dairəsindən seçilən Hikmət Atayev 2013-cü ilin mart ayında avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Son olaraq isə 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən Əli Əhmədov yeni hökümətdə vəzifə aldığından mandatdan məhrum edilib.

Boş qalan deputat yerlərinə keçiriləcək təkrar seçkilərin tarixini dəqiqləşdirmək üçün Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıq. MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Axar.az"a açıqlamasında məsələ ilə əlaqədar MSK-nın müzakirə aparacağını və müzakirələr nəticəsində konkret tarixin təyin ediləcəyini bildirdi:

"Siz bilirsiniz ki, nazirliklərdən fərqli olaraq MSK kollegial orqandır. Tutaq ki, hansısa nazir bir başa qərarı imzalamaq səlahiyyətinə malikdir, amma bizdə hər hansı bir qərarı qəbul etmək üçün MSK toplanıb, müzakirə aparmalıdır. Bu məsələ ilə bağlı toplantının olacağı gözlənilir, amma konkret tarix barəsində fikir bildirə bilmərəm. Amma yəqin ki, yaxın tarixdə məsələ öz həllini tapacaq".

Tarix
2013.10.29 / 14:50
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla