Yuxarı

Suriyada nə qədər Azərbaycanlı döyüşür? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əsədin baş müftisi Şeyx Əhməd Bədrəddin Hassun Suriyada savaşan şəxslərin siyahısını açıqlayıb. Hassun rəqəmləri açıqlayarkən İran və Livandan gələn şiə terrorçuların sayını dilə gətirməyib.

Həmin siyahını sizə təqdim edirik:

Səudiyyə Ərəbistan: 8 min nəfər

Tunis: 4 min nəfər

İraq: 6 min nəfər

Fələstin: 3 min nəfər

Misir: 3 min 500 nəfər

Liviya: 4 min 500 nəfər

Livan: 3 min 200 nəfər

Çeçenistan: 1700 nəfər

Yəmən: 2 min 800 nəfər

Pakistan: 1500 nəfər

Türkiyə: 3 min 800 nəfər

İordaniya: 800 nəfər

Küveyt: 900 nəfər

Somali: 350 nəfər

Rusiya: 250 nəfər

Fransa: 150 nəfər

Almaniya: 110 nəfər

İngiltərə: 80 nəfər

İndoneziya: 100 nəfər

Fas: 200 nəfər

Malayziya: 140 nəfər

Türkmənistan: 360 nəfər

Əl-Cəzair: 200 nəfər

Kosova: 140 nəfər

Albaniya: 100 nəfər

Eritreya: 200 nəfər

Sudan: 100 nəfər

Bosniya və Herseqovina: 150 nəfər

Amerika: 290 nəfər

Danimarka: 80 nəfər

Kanada: 110 nəfər

Tacikistan: 190 nəfər

Bəs Azərbaycan?

Suriyada azərbaycanlıların ölməsi, əlil olub gəlməsi və orada azərbaycanlılardan ibarət bölüyün olması haqda məlumatlar var. Dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ilə əlaqə saxladıq:

"Azərbaycanın Suriyadakı səfirliyi bir il bundan qabaq (təxminən avqustun axırı, sentyabrın əvvəli), bizim bütün vətəndaşları təxliyə etdilər. Yəni, səfirlikdə qeydiyyatda olan bütün vətəndaşları. O ki, qaldı mətbuatda azərbaycanlılar haqqında, guya azərbaycanlılar da orada vuruşur və yaxud Azərbaycan vətəndaşları orada var, bununla bağlı yenə qeyd eləmək istəyirəm ki, Azərbaycan tərəfi öz araşdırmalarını aparır".

Suriyada yaşayan yox, Azərbaycandan Suriyaya məhz döyüşmək üçün gedən azərbaycanlılar haqqındakı sualımızı da Elman bəy belə cavablandırdı:

Yenə də, yenə də araşdırmaq lazımdır

"Suriyadakı səfirliyimiz hal-hazırda Beyrutda fəaliyyət göstərir. Və Azərbaycan tərəfi bu məsələni araşdırır. Suriyada vəziyyət olduqca gərgin olduğu halda Azərbaycan vətəndaşlarının orada olduğunu sübut etmək qeyri-mümkündür. Çünki həmin şəxslər heç bir zaman səfirliyin, konsulluğun qeydiyyatında olmayıblar. Ona görə də qeydiyyatda olmayan şəxslərin sayını araşdırmaq, onların ümumiyyətlə olub-olmadığını öyrənmək olduqca çox mürəkkəb məsələdir. Yenə də qeyd etmək istəyirəm ki, Suriyada mövcud gərgin vəziyyətdən irəli gələrək, hansısa araşdırma aparmaq qeyri-mümkündür. Və Azərbaycan vətəndaşlarının həqiqətən orada olub-olmamasını da Azərbaycan çalışır ki, indi müvafiq diplomatik kanallarla araşdırsın".

Videoda gördüyünüz azərbaycanlı Suriyada ölən həmvətənlərimizdən sadəcə biridir.

Tarix
2013.10.30 / 15:20
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla