Yuxarı

Milli Məclis Avropadan küsüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Milli Məclisin iclasında 9 oktyabrda Azərbaycanda keçirilən seçkilərlə bağlı Avropa Parlamentinin bəyanatı deputatlar tərəfindən etirazlara səbəb olub. Etiraz edən deputatlar Azərbaycanın Avronestdəki üzvlük məsələsiylə bağlı kəskin fikirlər səsləndiriblər. Məsələylə bağlı, millət vəkilləri Asim Mollazadə, Aydın Mirzəzadə və ekspert Razi Nurullayev münasibətlərini "Axar.az"a bildirdilər.

Ermənistan Avropaya inteqrasıyasına son qoyub

"Heç kim ölkəmizin, xalqımızın praktiki seçim hüququna şübhə edə bilməz və heç kəs Azərbaycanı şəxsi malı edə bilməz. Baxmayaraq ki, Ermənistan və onun havadarları çalışır ki, Azərbaycanın imicinə zərər gətirsin",- bu sözləri "Axar.az"a danışan Millət vəkili Asim Mollazadə bildirib.

O, daha sonra deyib ki, Ermənistan Avropaya inteqrasıyasına son qoyub və Gömrük İttifaqına daxil olmaq fikrindədir. Məhz buna görə, Azərbaycana təzyiqlər artıb: "Bilirlər ki, Azərbaycanın Avropayla əməkdaşlığa böyük potensialı var. Azərbaycanın enerji sahəsində, mədəniyyət, eləcə də bir çox sahələrdə Qərblə əməkdaşlığı genişləndiyi ərəfədə qarşısını almağa çalışırlar. Bundan sonra da Azərbaycan bir çox layihələrdə ATƏT-in, NATO-nun Parlament Assosiasiyasıyla və digər Avropa təşkilatlarıyla əməkdaşlığı davam etdirəcək, eləcə də Azərbaycanın inkişafını istəməyən qüvvələrlə də mübarizəsini davam etdirəcək".

Bunların arxasında erməni diaspor təşkilatları dayanır

Millət vəkili Aydın Mirzəzadə tənqidlərin arxasında ölkəmizə qarşı neqativ münasibəti olan insanların durduğunu düşünür: "Seçkilərdə iştirak edən Avropalı müşahidəçilər AP-də seçkilərlə bağlı müsbət fikir bildirdilər, ancaq parlamentdə səsə qoyulan zaman orda Azərbaycana qarşı neqativ münasibəti olan insanlar Azərbaycana qarşı qətnamə qəbul olunmasına nail oldular.

Hesab edirəm ki, Avropada müəyyən qüvvələr var ki, həmin qüvvələr Azərbaycan haqqında mənfi rəy yaratmaqda çox maraqlıdırlar. Şübhəsiz ki, bunların arxasında erməni diaspor təşkilatları, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr, Azərbaycanda öz payını ala bilməyən şirkətlərin olması mümkündür".

Bu, Azərbaycana heç nə yaxşı vəd edə bilməz

Mövzuyla bağlı müxbirimizə danışan "Region Beynəlxalq Analitik Mərkəzin (RBAM) İdarə Heyətinin sədri Razi Nurullayev isə bildirdi ki, Azərbaycanın Avropaya qarşı dayanması, Avropa Parlamentiylə birgə layihələrin həyata keçirilməsini şübhə altına alması Azərbaycana heç nə yaxşı vəd edə bilməz. Hesab etmirəm ki, Azərbaycanın bu tip davranışlarından, Avronestdən çıxmasından Avropa nəsə itirəcək, əksinə Azərbaycan kiçik bir ölkədir. Azərbaycanın Avropa İttifaqına, Avropa Birliyinə və digər Avropa təşkilatlarının yardımına və dəstəyinə daha çox ehtiyacı var. Azərbaycan bu məsələlərdə tam fərqli və səbirli olmalı, onların bu cür tənqidlərinə dözüm nümayiş etdirməlidir. Əgər nəsə baş veribsə bütün bunlara qarşı tədbir görülməlidir".

Tarix
2013.10.30 / 15:06
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla