Yuxarı

Bakı film festivalı Jerar Depardiye ilə başlayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-24-də I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib.

31 ölkədən 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da filmi yer alıb.

"Axar.az"ın məlumata əsasən, filmlər 20-23 noyabr tarixində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün təqdim edəcək. I yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, III yerə layiq görülən filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro təqdim ediləcək.

Qeyd edək ki, noyabrin 20-də Nizami Kino Mərkəzində keçiriləcək mətbuat konfransı ilə açıq elan olunacaq festivalda açılış filmi olaraq məşhur fransız aktyoru Jerar Depardiyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" filmi nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə noyabrın 23-də baş tutacaq.

Tarix
2013.11.02 / 19:00
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla