Yuxarı

Dinlənilməyən cib telefonu yaradıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı "dünlənilmə kabusu" başına alarkən, İngiltərədə yerləşən "Vertu" şirkətinin "Constellation" seriyasından olan yeni telefon modeli təqdim oldundu.

"Axar.az" xarici mediaya istinadən xəbər verir ki, dinlənilməsi mümkünsüz olduğu üçün "Prezident telefonu" kimi adı hallanan "Vertu"nun android sistemində işləyən "ağıllı" yeni modeli səsli, görüntülü görüşləri, danışıqları, mesajlaşmaları, telefona ötürülən və ya telefondan ötürülən materialları şifrələyir və üçüncü adamın əlinə keçməsini əngəlləyir. Üstəlik, telefonun oğurlanması zamanı oğrunun şəklini çəkərək tutulmasına yardımçı olur.

Bir çox özəlliklərə malik "Vertu"nun yeni modelində olan "iPass" ilə dünyanın bütün lüks otel, gecə klubu və restoran kimi yerlərində olan "WI-FI" internet bağlantısına pulsuz və şifrəsiz girmək mümkündür.

"Vertu Constellation"ın yeni modelinin o qədər də yüngül olmadığı bəllidir. İstehsalçılar isə bunu keyfiyyətlə əlaqələndirirlər.

Cihazın etiket qiyməti 5 min 400 avro dəyərində müəyyənləşib.

Tarix
2013.11.04 / 09:18
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla