Yuxarı

Dil qüsuru iradlarına aparıcılar nə deyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

MTRŞ-nin bu ilin sentyabr-oktyabr ayları üçün apardığı monitorinqlərin nəticələri haqqında hazırlanan hesabatda özəl televiziya telekanallarda aparıcıların dil qüsurları öz əksini tapır.

İlqar Mikayıloğlu – xalis bakılı

MTRŞ-nin tənqid hədəfinə tuş gələnlər sırasında uzun illər televiziyada aparıcılıq edən, ANS-də efirə gedən "Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu da var. Aparılan monitorinqin nəticəsinə görə, İlqar Mikayıloğlu xalis Bakı dialektindədir.

Aparıcı monitorinqin nəticələri barədə "Axar.az"a bunları dedi:

"Mən başımı aşağı salıb öz işimlə məşğul oluram. Ona görə bu məsələyə fikir bildirmək istəmirəm".

Sənan Şəfizadə - hecaları tələffüz etmir

Hesabatda qeyd olunur ki, ATV-də "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. Bundan başqa, o, sürətli danışdığı üçün hecaları çox qısa tələffüz edir, bəzi hecaları isə tələffüz etmir.

Sənan Şəfizadə "Axar.az"a hesabatla tanış olduğunu və bundan sonra çalışıb üzərində işləyib, qeyd edilən iradları aradan qaldıracağını bildirdi.

Turan İbrahimov - nitqi aydın deyil

Monitorinq zamanı "ATV səhər"in aparıcısı Turan İbrahimov haqqında da müşahidə əksini tapıb: " nitqi aydın və zəngin deyil, sözləri dolaşıq tələffüz edir".

Turan İbrahimovla əlaqə saxlamağımıza baxmayaraq, o, haqqında səsləndirilən iradlara münasibət bildirməkdən qətiyyətlə imtina etdi.

Tarix
2013.11.08 / 19:30
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla