Yuxarı

Rusiyada məscidə hücum edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasına daxil olan Kabarda-Balkar Respublikasında bir məscidin həyətində iki hücumçu 1 kiloqram TNT-ə bərabər bombanı partladıb. Hücumda partlayışı törədən adamdan başqa heç kim zərər görməyib.

İddialara görə hücumçular məsciddə partlayış planlaşdırarkən bomba əllərində partlayıb.

"Haberler.com"un xəbərinə görə Rusiya İstintaq Komissiyasından "İnterfaks"a verilən məlumatda "Partlayıcı maddə 1 kiloqram TNT-yə bərabərdir. Məscidin həyətində avtomatik silah, iki tapança, əl bombası və sursat ələ keçirildi", deyilib.

Partlayışın Duqubluqey qəsəbəsində məscidin lap yaxınlarında olan qəbirstanlığın qapısınında baş verdiyi və gecə çox gec olduğu üçün heç kimin zərər görmədiyi bildirilib.

Açıqlamada "Məscid ətrafında iki adamın cəsədinin parçaları tapılıb. Başqa ölən və yaralananlar yoxdur..." sözləri qeyd edilib.

Partlayışdan sonra həmən yerdə 3 metr diametrində və 1 metr dərinliyində çuxur yaranıb. Kabarda-Balkar Respublikasının polis işçiləri isə partlayışın məscidin pəncərəsinin ağzında baş verdiyini söyləyib. Məscidin divarlarına qismən zərər dəyib.

Məscid polis tərəfindən nəzarətə götürülüb və geniş araşdırmalar başladılıb.

Tarix
2013.10.18 / 13:42
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla