Yuxarı

Gülər Əhmədova məhkəməyə gətiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-də sabiq deputat Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriləcək. Saat 9:30-da keçiriləcək məhkəmə prosesinə hakim Əlisultan Osmanov rəhbərlik edəcək.

"Axar.az" "Musavat.com"-a istinadən xəbər verir ki, Gülər Əhmədovanın cinayət işi üzrə istintaq sentyabrın 23-də tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, sabiq deputatın Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi ilk məhkəmə prosesi sentyabrın 30-a təyin olunsa da, təxirə salınaraq, bu ayın 21-ə təyin edilib.

Hazırlıq iclasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün müraciət edəcəyi gözlənilir. Mətbuatda yayılan məlumatlara görə, Gülər Əhmədova barəsində açılmış cinayət işinin istintaq materialları 20 cilddən ibarətdir.

Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

Tarix
2013.10.20 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla