Yuxarı

Volqoqrad teraktını rus vəhhabi törədib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Volqoqrad şəhərində marşrut avtobusunda baş verən partlayışa səbəb kimi ilkin olaraq qazla işləyən avtobusda nasazlıq ehtimalı irəli sürülsə də, araşdırmalardan sonra bu versiya təsdiqlənmədi və hadisənin terakt olduğu üzə çıxdı.

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusi xidmət orqanları teraktı gizli "Qafqaz Əmirliyi" təşkilatının Mahaçqala sektorunun əmiri Arsanal Kambulatovun (Əbu Məhəmməd) törətdiyini müəyyənləşdirib. Belə ki, onun qruplaşmasında olan Dmitri Sokolovun vətəndaş nikahında olduğu həyat yoldaşı Naida Asiyalova vasitəsilə bombanı avtobusa qoyduğu təsdiqlənir.

Kəşfiyyatın məlumatına görə, 2013-cü ildə Moskvaətrafından itkin düşən 1992-ci il təvəllüdlü Dmitri Sokolov Arsanal Kambulatovun dəstəsinə qoşulub. Kambulatov isə Şimali Qafqazda teraktların törədilməsində Sokolovdan istifadə edilməsi üçün digər qrup liderlərinə təklif verib. Onun seçilməsində məqsəd slavyan olması və diqqət çəkməməsidir.

Xüsusi xidmət orqanlarında əmindirlər ki, teraktda Sokolovun nikahdankənar arvadı Naida Asiyalovadan istifadə edilib. Gənc cütlük Moskvada tanış olublar. 2012-ci ildə Sokolov itkin düşüb və bununla bağlı élan verilib. Lakin sonra aydınlaşıb ki, Sokolov Dağıstanda, Kambulatovun dəstəsində terakt təlimləri keçirmiş.

Qeyd edək ki, terakt nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralananlar içərisində 1997-ci il təvəllüdlü Nail Naib oğlu Əliyev adlı azərbaycanlı da var. Volqoqrad qubernatoru Sergey Bojenovun sözlərinə görə, ölənlərin ailəsinə bir milyon, yaralılara 400 min, zərərçəkənlərə 100 min rubl kompensasiya ödəniləcək.

Rusiya Prezidenti Vladimir Putin də ölənlərin ailələrinə başsağlığı verib.

Tarix
2013.10.22 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla