Yuxarı

Kino tarixinin ən möhtəşəm 5 payız filmi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız fəslidir. Adətən bu fəsli sevənlər şox olmur. Ancaq sentimental, duyğularının tüğyanını azad şəkildə yaşaya bilənlərin fəslidir payız...

Maraqlıdır, görəsən insan duyğularını vizual olaraq ekrana daşıyan filmlərdə payız fəsli necə işıqlandırılıb və daha çox bu fəsil ağ pərdədən bizə necə təqdim olunub? Kiçik araşdırmadan sonra bəlli oldu ki, payız fəslinin rəngarəngliyini ekrana daşıyanlar onu sevgi ilə birləşdirib.

Beləliklə, mütəxəssislər kino tarixində ən möhtəşəm payız filmlərinin siyahısını açıqlayıb.

  1. "Payızda Nyu-York" (Autumn in New York)

Nyu-Yorkun ən məşhur simalarından biri olan Uill Kin qadınların zövqünü oxşayan yaraşıqlı bir adamdır. Bir neçə qadınla münasibəti olub. Bir gün Şarlotta adlı bir qadınla tanış olur. Beləliklə, bu iki insan xoşbəxt ola biləcəkmi?

2. "Cənnətdən çox uzaqda" (Far From Heaven)

Bu film 1950-ci ildə Amerikada yaşayan bir ev qadınının hekayəsindən bəhs edir. Olduqca xoşbəxt olan bir ailədə birdən-birə hər şey dəyişir. Xəyanət ailəni sarsıdır.

3. "Şirin noyabr" (Sweet November)

Nelson Mos bütün həyatını işə sərf edib. Bir gün Sara adlı dəli-dolu bir qızla tanış olur. Sara Nelsondan ən azından bir ay boyunca onunla yaşamasını istəyir. Nelson, təklifi qəbul eləyir. Qısa zamanda eyni evə köçən iki insan bir-birinə aşiq olur. Lakin Nelson Saranın xərçəng xəstəsi olduğunu bilmir.

4. "Bağlar ölkəsi" ( Garden State)

26 yaşlı gənc anasının ölümü səbəbindən evə dönür və bir doktorun gözləmə otağında Sam adlı bir qızla (Natali Portman) tanış olur və cütlük utancaq şəkildə yeni bir münasibətə başlayır.

5. "Harri Salli ilə tanış olanda" (When Harry Met Sally)

Bir səfər əsnasında qarşılaşan Harri və Salli adlı iki gənc eyni universitetdən məzun olduqlarını, ancaq daha öncə heç qarşılaşmadıqlarını fərq edirlər. Bundan sonra dost olmaq qərarına gəlirlər. Nyu-Yorka çatanda ayrılıb öz həyatlarını yaşamağa davam edirlər. Bir də yenidən rastlaşana qədər…

Tarix
2013.10.23 / 14:57
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla