Yuxarı

Rektor işdən çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Universiteti (GDU) ətrafında yaranmış qeyri-müəyyən vəziyyətə və söz-söhbətlərə son qoyuldu. Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev işdən çıxarılıb. Bu barədə Təhsil Nazirliyi rəsmi məlumat yayıb. "Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.

Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib." Gəncədə olan əməkdaşlarımız GDU-da nələr baş verdiyinə dair rəhbərliyin özündən açıqlama ala bilib.

GDU-nun kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev açıqlama verərək qeyd edib ki, rektorun əlindən kimsə universitetin möhürünü ala bilməz. Onun sözlərinə görə, yazılanlar şayiədir: " Rektordan möhürünü kim ala bilər? Tamamilə yalandır. Mətbuat yazır ki, guya prorektor möhürü onun əlindən alıb. Qəti surətdə deyirəm ki, belə bir iş olmayıb. Dekabrın 14-də Yadigar Əliyev işə çıxıb. Ona qədər isə bir ay öz hesabına məzuniyyətdə olub. Qayıdıb gələndən sonra ayın 18-də istefa ərizəsini yazıb. Bildiyimə görə, cənab nazir də ərizəsini qəbul edib. Ərizədə göstərib ki, istefası səhhəti ilə əlaqədardır".

İ.Alverdiyev bildirdi ki, hazırda prorektor Y.Yusifov rektor vəzifəsini icra edir. Dekan rektorun fəaliyyətində qüsurlara yol verdiyini açıqlayıb. Bildirib ki, rektor 8 aylıq fəaliyyəti dövründə çoxlu səhvlərə yol verib, müəllim-professor heyəti ilə iş münasibətləri qura bilməyib: "Rektor idarəçilikdə qüsurlara yol verirdi. 5 min nəfərlik kollektivin dərdi-səriynən maraqlanmırdı. Maddi-texniki bazanın yaxşılaşdırılmasına ayrılan vəsaiti xərcləməyib saxlayırdı. Bu da haqlı narazılığa səbəb olurdu.

Cənab nazir bir dəfə ona şiddətli töhmət vermişdi. Ancaq şiddətli töhmət də təsir etmədi, Yadigar Əliyev dönüş yaratmaq istəmədi. Sonda da öz ərizəsini yazıb, çıxıb getdi. Kollektivlə vidalaşmadı, xəbərdarlıq etmədən getdi. Əgər vəzifəsini idarə edə bilsəydi, cənab nazir ərizəsinə əsasən əmrini verməzdi".

Qeyd edək ki, bir neçə gün öncə redaksiyamıza universitetdən daxil olan məktubda iddia olunurdu ki, prorektor Yusif Yusifov təhsil müəssisəsinin möhürünü əlinə keçirib və onu rektora təhvil vermir.

Məktubda qeyd olunurdu ki, illərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşma hərəkətə keçib.

Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə, islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini güdən qruplaşma bu prosesi süngü ilə qarşılayıb (müsavat).

Tarix
2013.12.27 / 08:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla