Yuxarı

Qolf ulduzu Boğaz körpüsünü bağlatdırır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur qolfçu Tiqer Vudz bu gün İstanbulda, Boğaziçi körpüsü üzərində tarixi vuruş edəcəyi üçün körpü 14:00-15:00 saatları arasında bağlanacaq.

"Axar.az"ın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, dünən Boğaziçi körpüsünün 5 saatlığa bağlanacağı deyilmişdi. Ancaq gecəyarısı qərar dəyişib və körpünün bağlanmasının həm tək istiqamətli, həm də 1 saatlıq olacağı bildirilib.

Boğaziçi körpüsü üzərində qolf əfsanəsi Tiqer Vudzun Asiya qitəsindən Avropa qitəsinə vuracağı tarixi vuruşa görə körpünün saat 11:00-16:00 arasında iki tərəfli bağlanacağı açıqlanmışdı. Ancaq İstanbul meri Hüseyn Avni Mutlu gecəyarısı "Tvitter" sosial şəbəkəsində belə bir tvit atıb: "Bu gün Boğaziçi körpüsü üzərində ediləcək nümayişə görə Asiyadan Avropaya keçid saat 14:00-15:00 arasında maksimum 1 saat tək istiqamətli bağlanacaq".

Qolf əfsanəsi Tiqer Vudzun iki qitə arasında edəcəyi vuruş isə dünyanın ən məşhur mətbu orqanları tərəfindən yaxından izlənilir. Əfsanəvi idmançının bu vuruşuyla dünyanın ən əhəmiyyətli idman təşkilatlarından biri olan "Avropa tur"unun bir tərəfi Türkiyəyə gəlmiş olacaq.

Tarix
2013.11.05 / 12:05
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla