Yuxarı

Nyu-Yorkda ilk demokrat mer seçildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində son 20 ildə ilk dəfə Demokratlar partiyasından olan namizəd mer seçilib. 52 yaşlı Bill de Blazio özünün əsas rəqibi, respublikaçı Co Lotanı əhəmiyyətli dərəcədə üstələyərək, Nyu-York meri postunu qazanıb.

2001-ci ildən bəri Nyu-York meri olan Maykl Blumberq isə ardıcıl olaraq 3 dəfə bu postu tutduğu üçün qanunla seçkilərdə iştirak edə bilməyib.

Bill de Blazioya qədər 1989-cu ildən bəri ABŞ-ın ən iri meqapolisinin demokrat meri olmamışdı. Buna qədər de Blazio Nyu-Yorkun ictimai müdafiəçisi kimi yüksək vəzifədə çalışıb. Qaradərili qadınla evli olan Bill de Blazio Nyu-Yorkun afroamerikalı və ispandilli əhalisinin böyük dəstəyini qazanıb.

"Anspress" xəbər verir ki, Bill de Blazionun prioritetləri arasında aztəminatlı ailələr və onların uşaqları üçün şəraitin yaxşılaşdırılması və 200 min subsidiyalı mənzilin inşa edilməsi yer alır. Yeni merin andiçmə mərasimi isə 2014-cü il yanvarın 1-də keçiriləcək.

Tarix
2013.11.06 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla