Yuxarı

Azərbaycan UNESCO-nun sessiyasına qatıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də UNESCO-nun baş qərargahında təşkilatın Baş Konfransının 37-ci sessiyası öz işinə başlayıb.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasından verilən məlumata görə, iki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.

Baş Konfransın sessiyası çərçivəsində liderlər forumu, ümumi siyasi debatlar, Milli komissiyaların görüşləri, UNESCO-nun elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya və digər komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulur.

Sessiya çərçivəsində UNESCO üzrə Milli komissiyaların baş katiblərinin görüşü keçirilib. Görüşdə ölkəmizi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. G.Əfəndiyeva çıxışında Azərbaycan-UNESCO əməkdaşlığının inkişafından və perspektivlərindən danışıb, əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini vurğulayıb.

UNESCO-nun Baş Konfransı noyabrın 20-dək davam edəcəkdir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür.

Tarix
2013.11.06 / 16:26
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla