Yuxarı

İran Naxçıvana atəş açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də saat 18.15 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açılıb.

"Axar.az"ın verdiyi xəbərə görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədi ilə özünü traktordan ataraq dambanın arxasına keçib.

Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.

Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.

Qeyd edək ki, xəbəri Naxçıvanın Bakıdakı nümayəndəliyi yayıb.

Tarix
2013.11.06 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla