Yuxarı

Şəkidə yanaraq ölən falçının evindən nələr çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Şəkidə yanmış cəsədi tapılan 61 yaşlı Valya İsmayılovanın ölümü ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb.


ANS-in məlumatına görə, Hadisə yerinə gələn prokurorluq əməkdaşları isə ilkin versiya kimi Valya İsmayılovanın ölümündə yanğın hadisəsi və özünə qəsd ehtimalını irəli sürmüşdü.


Rayonda uzun illər falçılıqla məşğul olan mərhumun evindən dini ritualların icrası zamanı istifadə olunan çoxlu sayda əşyalar tapılıb. Aşkarlananlar arasında ayı, qaban, canavar və s. vəhşi heyvan dişləri olub.

Rayon prokurorluğunun müstəntiqi Mübariz Orucovun sözlərinə görə, evdən cadugarlıqla bağlı kitablar, eyni zamanda cadugarlığın həyata keçirilməsində istifadə olunan avadanlıqlar aşkarlanıb.

Qonşular da hər gün Valya İsmayılovanın saatlarla evində şam yandırmaqla müxtəlif dini ayinlər icra etdiyinin şahidi olub. Müstəntiqin ehtimalına görə, onun ölümünə də elə bu şamlardan yaranan yanğın səbəb olub.

"Müəyyən edilib ki, Valya İsmayılova saat 23:24 radələrindən başlayaraq müxtəlif dini ritualların, dini ayinlərin icrası məqsədilə müxtəlif şamlar yandırıb və dini ayinlər 3-4 saat müddətində davam edib".

Hazırda 61 yaşlı qadının ölümünə məhz məşğul olduğu peşənin səbəb olması və digər versiyalar da nəzərdən keçirilir.

Tarix
2013.11.07 / 09:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla