Yuxarı

İctimai Palatanın ləğv olunması qətiləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2010-cu il parlament seçkilərindən sonra müxalifətin birlik modeli kimi yaranan İctimai Palata hazırda öz siyasi aktivliyini itirib və faktiki olaraq fəaliyyətini dayandırıb".

Bu sözləri "Axar.az"a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib:

"Artıq İctimai Palata öz siyasi missiyasını başa vurub. Ona görə ki, İP demokratik parlament seçkiləri uğrunda mübarizə üçün yaranmışdı. Bu gün isə müxalifət birliyi daha geniş formada Milli Şura ilə təmsil olunur. Bundan başqa, İctimai Palatadakı üzvlər Milli Şura ətrafına toplaşıb. Bu baxımdan artıq İP müxalifətin birlik mexanizmi kimi öz funksiyasını başa vurub və öz əhəmiyyətini itirib. Ona görə də hesab edirik ki, bu gün müxalifətin birliyinin təmin olunmasında Milli Şura daha vacib rol oynayır, İctimai Palata isə ləğv olunmalıdır".

Qeyd edək ki, İctimai Palatada təmsil olunan partiyaların böyük əksəriyyəti bu fikri səsləndiriblər. Elan olunmasa da, artıq faktiki olaraq İP özünü buraxmış hesab olunur.

Tarix
2013.11.07 / 13:15
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla